İdmançımız dünya rekordunu yeniləyərək qızıl medal qazandı

Dərc olunub: 01/08/2013 - 01:20

42Fransanın Lyon şəhərində paralimpiyaçılar arasında atletika üzrə dünya çempionatı davam edir.

Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yığmamızın üzvü Vladimir Zayets üç təkanla tullanma yarışlarında 15.3 metr nəticə göstərərək dünya çempionatının rekordunu yeniləyib və qızıl medala sahib olub.

Özbəkistanlı Doniyo Saliyev gümüş, belaruslu Siarxey Burdukov isə bürünc medal qazanıblar.










loading...


Fikrinizi bildirin