AXCP-də TOTAL HƏBSLƏR APARILIR- 5 fəal saxlanılıb

AXCP Gənclər Komitəsinin sədri İlham Hüseyn Xətai Rayon Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Hazırda polis bölməsində olna İ.Hüseynin nə səbəbdən saxlanıldığı bilinmir. Əmisinin "Azadlıq.info"ya verdiyi məlumata görə, günorta saatlarında mülki geyimli polis əməkdaşı özünü bank işçisi kimi təqdim edərək İ.Hüseynin yaşadığı evə gələrək onu axtardığını deyib. Evdə olmadığını bildikdə isə evlərinin yanında gözləyib. Axşam saatlarında evə qayıdan İ.Hüseyn polis bölməsinə aparılıb və hazırda ordadır.

Bəxtiyar adlı sahə müvəkkili isə polis bölməsinin qarşısında dayan partiya fəallarına və İ.Hüseynin qohumlarına bildirib ki, İlham bir neçə gün burda saxlanılacaq. Saxlanılmasının səbəbi isə açıqlanmayıb.

Bundan əlavə bu gün AXCP sədri Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənova Suraxanı rayon məhkəməsinin qərarı ilə 20 sutka həbs cəzası verilib. B.Həsənov polisə müqavimət göstərməkdə ittiham edilib. Partiyadan verilən məlumata görə, məhkəmədə polislə B.Həsənobun üzünə duraraq onun polisə müqavimət göstərdiyini iddia edib.

Həmçinin axşam saatlarında AXCP üzvü Fuad Əhmədlinin polis tərəfindən saxlanıldığı barədə xəbər yayılıb. Hazırda onun telefonu söndürülüb. Onun hansı polis bölməsində olması barədə məlumat yoxdu.

AXCP Gənclər Komitəsinin üzvü Taleh Səmədov da saxlanılıb. Hazırda Nəsimi Rayon Polis İdarəsində olan gənc fəalla bağlı protokol tərtib olunub.

AXCP Nizami rayon şöbəsinin üzvü Füzuli Ovçuyev isə polis tərəfindən izlənildiyini deyib.

Eyni zamanda AXCP fəallarından olan Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmlini bir saat əvvəl evdən çıxarkən, iki polis nəfəri saxlayaraq, heç bir şey izah etmədən, Nərimanov rayon polis idarəsinə aparıblar. Sonra orda da heç bir şey demədən, protokol tətbiq edərək, 310-cu maddə ilə (polisə müqavimət) Nərimanov rayon məhkəməsinə aparıblar. Hazırda işə Nərimanov məhkəməsində baxılır.

Məhkəmə binasının qarşısındakı fəalların bildirdiyinə görə, Təzəxan Mirələmliyə 15 sutka inzibati həbs cəzası verilib.

Maraqlıdır eyni gündə belə kütləvi həbslərin aparılması nə ilə bağlıdır?

Vaqif

AzPolitika

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar