Yanukoviç qırıcı təyyarələrin müşayiəti ilə Rostov-Dona gəlib

Göyərtəsində Viktor Yanukoviçin olduğu təyyarə ötən gün axşam saatlarında qırıcı təyyarələrin müşayiəti ilə Rostov-Donda eniş edib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “DonİnformBüro”nun yerli agentliyi məlumat yayıb. Mənbənin məlumatına görə, təyyarə yerli vaxtla saat 22.00-da hərbi aerodromda eniş edib.

Məlumatda qeyd olunur ki, Viktor Yanukoviç Rostovda yüksək vəzifəli şəxslər üçün nəzərdə tutulmuş hökumət iqamətgahında yox, özəl mülklərin birində yerləşdirilib.

Qeyd edək ki, bundan əvvəl verilən məlumata görə, Viktor Yanukoviç fevralın 28-də saat 17.00-da Rostov-Donda mətbuat konfransı keçirəcək.

Məlumata, mətbuat konfransının keçiriləcəyi yer barədə məlumat əlavə veriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar