İlqar Məmmədovun namizədliyi qeydə alına bilər

Hakimiyyət müxalifətin səslərinin parçalanması üçün daha ideal forma tətbiq edir

Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində REAL hərəkatının həbsdə olan lideri İlqar Məmmədovun şikayətinə baxılıb.

Hakim ekspertiza rəyinin təyin edilməsi haqda qərar çıxarıb. Ekspert qrupunun təyin olunması Ədliyyə Nazirliyinə həvalə edilib. Bildirilib ki, ekspertiza nəticəsində hər hansı qanun pozuntusu aşkarlansa, MSK-nın iş üzrə nümayəndələrinə xəbərdarlıq olunacaq.

Avropa.info xəbər verir ki, bu məhkəmə işində mücərrəd olan bir məqam var. Məhkəmə ekspert qrupunun işinin nə vaxtadək tamamlanmalı olduğunu göstərməyib. Bu qərar onu deməyə əsas verir ki, İlqar Məmmədovun işi ilə bağlı proses seçki gününədək, hətta seçkilərdən sonraya da uzadıla bilər.

İlqar Məmmədovun sədri olduğu REAL Hərəkatı seçkilərdə Milli Şuranın vahid namizədi Cəmil Həsənlini dəstəkləməklə bağlı qərar qəbul edib. İlqar Məmmədovun namizədiliyinin qeydə alınması isə bu qərarın mexaniki olaraq qüvvədən düşməsinə səbəb ola bilər.

Ola bilsin ki, hakimiyyət İlqar Məmmədovun işi ilə bağlı müsbət qərar versin. Bu halda namizədliyi qeydə alınan İlqar Məmmədov barəsində həbs qətimkan tədbiri dəyişdiriləcək və REAL sədri seçki kampaniyasına qatılacaq. Hakimiyyət bu addımı atmaqla müxalifətin səsini parçalamış olacaq.

Bu gün namizədlərdən Hafiz Hacıyenin seçkilərdə iştirakdan imtina edəcəyi gözlənilir. Hafiz Hacıyevə "geri çəkil", komandasını verənlər müxalifət namizədinin səslərinin parçalanmasının daha sivil metodunu tətbiq etmək istəyir. Hafiz Hacıyevin müxalifət liderləri barədə küçə söyüşləri danışması hakimiyyətin reytinqinə ciddi zərbə vurur.

Səslərin parçalanmasının isə ən əlverişli yolu seçkilərdə müxalifətin iki namizədinin iştirakına şərait yaratmaqdır. Bu taktika tətbiq ediləcəkmi, bunu yaxın günlərdə görə biləcəyik.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar