“Camaat 5 il, mən 15 il işlədim” – Tağı Əhmədov (Video)

Ötən gün Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılan yeni “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəhrərliyinin bu gün təqdimetmə mərasimi olub.

Maraqlıdır ki, yeni rəhbərliyin kollktivə təqdimolunması Bakı Metropoliten İdarəsində deyil, Hökumət Evində baş tutub. Dünənədək metropoliten idarəsinin rəhbəri olan Tağı Əhmədov da burada iştirak edib. Keçmiş rəis ANS-ə danışıb. O, dəyişikliyin normal olduğunu bildirib.

“Çox yerində verilən qərardır. Əgər metropoliten idarəsi birləşib, səhmdar cəmiyyəti yaranırsa, bu yaxşıdır. Mənə gəllincə, camaat 5 il işləyir. Mən bu vəzifədə 15 il işləmişəm, bu bəs deyil?”, - deyə Tağı Əhmədov bildirib.

Tağı Əhəmədov gedəndən sonra yeni rəhbər Zaur Hüseynov kollektivə təqdim olunub. Yeni rəis Bakı Metropoliten İdarəsinə gəlib.(ANS PRESS)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar