ƏLİ ABBASOVDAN ŞOK AÇIQLAMA - Vidadi Zeynalovu şantajda ittiham etdi!

"MTN işi"nə görə tutduğu vəzifədən azad olunan Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov susqunluğunu pozub. Keçmiş nazir "Unikal.org" saytına qısa müsahibəsində istintaqa çağırılmadığını bildirib və nazirliyin keçmiş aparat rəhbərini şantajda ittiham edib. "AzPolitika" həmin müsahibəni təqdim edir:

- Əli müəllim, salam necəsiz? Hazırda hardasınız?

- Hazırda şəhərdəki evimdəyəm, istirahət edirəm.

- Məlum olaylarda bağlı istintaqa ifadə vermisiz, ümumiyyətlə, bununla bağlı istintaq orqanlarına gedib-gəlirsizmi?

- Heç yerə getməmişəm. Evdə oturmuşam. İstintaqa da çağırılmamışam.

- Belə çıxır ki, cinayət törədənlər tutulan şəxslər olub…

- Verdiyiniz qiymətə və ədalətli mövqeyinizə görə çox sağ olun.

- Nazirliyin keçmiş aparat rəhbəri Vidadi Zeynalov deyib ki, oranın naziri mən deyiləm ki, bütün məsuliyyət mənim üzərimdə olsun. Bu barədə nə deyə bilərsiniz?

- Mən, çox təəssüf edirəm ki, Vidadi Zeynalov belə bir fikir səsləndirib. Ondan belə bir şey gözləmirdim. Bu, əslində şantajdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar