RUSİYA ƏSƏDİ DEVİRƏCƏKMİ? – Putinin rədd olunan istefa təklifi

“Vladimir Putin Əsəddən istefa verməsini xahiş edib”

3 yanvar tarixində - ölümündən bir neçə gün əvvəl, Rusiya hərbi kəşfiyyatının rəisi general-polkovnik İqor Serqun xüsusi missiya ilə Dəməşqə yola salınır. Bu general prezident Bəşər-əl-Əsədə Vladimir Putindən xəbər çatdırıb. Həmin xəbərdə deyilir ki, Suriya diktatorunun beynəlxalq arenada ən böyük himayəçisi olan Kreml, hesab edir ki, Bəşər Əsədin istefaya getmək vaxtıdır. Əsəd isə qəzəbli şəkildə bu təklifi rədd edib.

AzPolitika.info-nun məlumatına görə, belə sensasiyalı iddia ilə “Finacial Times” qəzeti çıxış edib.

Daha dəqiqi, Qərbin iki yüksək vəzifəli kəşfiyyatçısı “Finacial Times”a Serqunun missiyası barəsində bütün təfərrüatı ilə danışıblar. Rusiya Xarici İşlər Nazirliyi baş verənləri şərh etməkdən imtina edib, onlar bu məsələ ilə əlaqədar Müdafiə Nazirliyinə müraciət etməyi məsləhət görüblər.

Rusiyanın Dəməşqdəki bu uğursuz cəhdi, Əsədin daha dərin quyuya düşməsinə səbəb oldu ki, bu da problemin diplomatik yolla həll edilməsi və amansız vətəndaş müharibəsinin dayandırılmasına bəslənən ümidləri yenidən söndürdü.

Keçən həftə BMT-nin məmurları döyüşən tərəflər arasında baş tutacaq danışıqlardan çıxacaq nəticənin əhəmiyyətini azaltmağa çalışaraq, deyiblər ki, 25 yanvar tarixində Cenevrədə planlaşdırılan görüşdə hansısa diplomatik irəliləyişin olacağı gözlənilmir.

Vəziyyət və perspektiv dramatik şəkildə dəyişilib. Serqun tərəfindən çatdırılmış məxfi təklif, Qərbin kəşfiyyat orqanlarında nikbinlik yaradıb. ABŞ-ın rəhbərliyi altında İŞİD-ə qarşı mübarizə aparan koalisiya hesab edir ki, Moskva ilə kompromisə gəlmək, Əsədin istefası ilə bağlı problem üzundən dalana dirənmiş vəziyyətdən yaxa qurtarmağa yardım edə bilər. Çünki Vaşinqton Əsədin hakimiyyətdən uzaqlaşmasını ilkin şərt kimi irəli sürür. Bəşər Əsəd getdikdən sonra Suriya və İraqda konfessiyalar arasındakı gərginliyin götürülməsinə başlamaq olar.

Avropa və ABŞ-da bir çoxları belə bir fikrə gəliblər ki, Moskvanın münaqişəyə hərbi müdaxiləsi Dəməşqin manevr imkanlarını tükəndirib. Avropanın kəşfiyyat xidmətinin yüksək vəzifəli nümayədəsi “Financial Times”a deyib: ”Putin Suriya rejiminin kapotunun altındakılara baxıb, orada təsəvvür etdiyindən də artıq problemlər tapıb.”

Həmin kəşfiyyatçı bildirib ki, Əsəd Serquna aydın şəkildə deyib ki, əgər o, prezident postundan gedərsə, onda Rusiyanın Suriyadakı gələcəyi təhlükə altında qalacaq.

Əsəd, özünün Kreml ilə əlaqələrində bir xarici dövləti, digəri ilə toqquşdurmaq strategiyasına üstünlük verir. İndiki halda bu kart -İrandır. Rusiya, artıq regionda onun özünə ziyan vuran Tehranın təsir imkanlarının artmasından əsəbiləşir.

Dəməşqdəki biznesmenlərdən biri deyir: ”Rusiyanın Suriyaya gəlməsi ilə əhval-ruhiyyə yüksəlmişdi, sonradan hər şey söndü, insanlarda pessimizm baş qaldırdı, Əsədin adamları başa düşdülər ki, əgər “böyük qardaş” onları müdafiə edirsə, deməli onda, o, öz tələblərini də irəli sürə bilər”.

Əsəd həmçinin böyük səylə, onun hakimiyyətinə alternativ yarada biləcək nüfuzlu adamlardan yaxa qurtarır. Oklohoma Universitetindən olan Suriya üzrə mütəxəssis Coşua Lends məsələ ilə əlaqdar bildirib: ”Ələvi disidenti olan Əbdel Əziz əl-Heyrin itkin düşməsi buna bariz nümunədir. Əl Heyr Milli koordinasiya təşkilatının liderlərindən biri idi. 2012-ci ildə Əl Heyr əvvəl Moskvaya, sonra isə Pekinə getmişdi. Hamıya bəllidir ki, bu bir baxışdır və indiki rejimə qarşı potensial ələvi əvəzləyicisi kimi onu yoxlayırlar. Əl-Heyr Dəməşqə qayıdan kimi, təhlükəsizlik xidməti onu aeroportdan aparmışdı. Görünür ki, bu Moskva tərəfindən Suriyda yeni prezidentin seçilməsinə, Əsədin imkan verməyəcəyinin siqnalı idi. Moskva narazı qalmışdı.”

Bir çox ekspertlər qeyd edirlər ki, Kreml xarici siyasətdə praqmatiklik göstərir və onun Suriyaya müdaxiləsinin məqsədi, təkcə Suriya liderinin xilas edilməsi deyil, həmçinin də beynəlxalq arenada öz gücünü nümayiş etdirməkdən ibarətdir.

Moskvadakı Karnegi Mərkəzinin rəhbəri Dmitri Trenin deyir: ”Putinin Suriyaya müdaxiləsi, heç zaman Əsədin xilas edilməsi üçün həyata keçirilən əməliyyat olmayıb. Onun üçün başlıca məqsəd münaqişənin həll edilməsində Rusiyanın rolunun amerikanlar tərəfindən tanınmasıdır. Buna nail olmaq isə Vyana prosesindən keçir. Çox ehtimal ki, Suriyada çevriliş hazırlanması hələ tezdir. Nominal olaraq hakimiyyətə başqa rəhbər gətirilsə də, ancaq bu rejimi tanıya biləcək kifayət qədər müxalifət olmadığı üçün, mən bunun siyasi proseslərə necə kömək edəcəyini görmürəm”.

Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar