«Elşad Abdullayevin pulu «master»ə çatdırılıb»- Hesabat

ABŞ Dövlət Departamentinin Azərbaycan hakimiyyətini sərt tənqid edən hesabatının geniş mətni

ABŞ Dövlət Departamenti 2013-cü il üzrə dünyada insan haqlarına dair hesabatını yayıb. Hesabatın Azərbaycanla bağlı hissəsinin xülasəsində qeyd olunur ki, 2013-cü ilin 9 oktyabrında keçirilən prezident və 2010-cu ildə keçirilmiş parlament seçkiləri ATƏT-in bir sıra əsas standartlarına cavab verməyib. Ölkədə 50-dən çox siyasi partiya olsa da, prezidentin sədr olduğu Yeni Azərbaycan Partiyası siyasi sistemdə dominantlıq edir.

"Azadlıq" qəzetinin tam olaraq dərc etdiyi sənəddə qeyd olunur ki, separatçılar, Ermənistanın dəstəyi ilə, Dağlıq Qarabağın böyük hissəsini və Azərbaycanın digər 7 rayonunu hələ də nəzarətdə saxlayır. Hesabatın maraqlı hissələrini qısa ixtisarlarla diqqətinizə çatdırırıq.

Hesabatın Azərbaycanda insan haqlarının pozulmasıyla bağlı hissəsində vurğulanır: «Ötən müddət ərzində fikir azadlığının ifadəsinin məhdudlaşdırılması, o cümlədən sərbəst toplaşmaq hüququnun təmin edilməməsi müşahidə edilib. O cümlədən jurnalistlər, hüquq müdafiəçiləri, demokratiya fəalları qorxudulub, həbs olunub və zorakılığa məruz qalıb. Prezident seçkilərinin rəsmi elan olunmasına qədər hakimiyyət paytaxtda yalnız bir neçə yerdə toplantıların keçirilməsi üçün yer ayırdı. Bu isə sərbəst toplaşmaq azadlığının pozulmasıdır. Razılaşdırılmış aksiyalara əsasən əlverişsiz yerlər ayırmaqla maneə yaradılıb, sanksiyalaşdırılmamış aksiyalar zorakılıqla dağıdılıb və nümayişçilər tez-tez həbs olunub. Razılaşdırılmış yerlərdə müxalifət seçki kampaniyası zamanı və ondan sonra 5 mitinq keçirdi.

- İl ərzində qəbul edilən düzəlişlər QHT-lərin fəaliyyətini məhdudlaşdıraraq, onların maliyyələşməsini çətinləşdirdi. Prezident seçkilərindən sonra hakimiyyət sekçkinin monitorinqini həyata keçirən iki təşkilata qarşı cinayət işi qaldırdı. Bunlar SMDTM və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyidir. Seçkidən sonra SMDTM-in sədri Anar Məmmədli həbs edilir.

- Vətəndaşların öz hökumətlərini dinc yolla dəyişmək hüququ əlindən alınıb. 9 oktyabr prezident seçkiləri səsvermə günü də davam edən repressiv siyasi mühitdə keçib, namizədlər üçün bərabər şərait yaradılmayıb, bütün mərhələlər boyu seçki prosesində çatışmazlıqlar olub, şikayətlərə obyektiv baxılmayıb.

- Məhkəmələrin ədalətli qərarlar çıxarmamasının, siyasi motivli əsassız həbslərin sayı artıb. İcra hakimiyyətinin məhkəmələrin işinə təsiri müşahidə edilib. İnsanların məhkəməyə qədər uzun müddət həbsdə saxlanılması məmurlar tərəfindən bir təzyiq kimi dəyərləndirilməlidir. Hakimiyyət mülkiyyət hüquqları ilə bağlı qanunda əksini tapmış normaları gözləməyib. Nəticədə insanlar evlərindən zorla çıxarılaraq, mülkiyyətləri dağıdılıb. Bundan başqa hökumətin kompensasiya kimi vətəndaşlara verdiyi məbləğ adekvat sayılmır. Hakimiyyət korrupsiyanın qarşısını almaq üçün bir sıra addımlar atsa da, korrupsiya bütün səviyyələrdə hələ də qalmaqdadır».

Ordudakı zorakılıq faktları

İnsan haqlarının digər pozuntusu kimi orduda baş verənlər göstərilir. Dövlət Departamenti Azərbaycanda insan haqları sahəsində başqa bir problem kimi ordudakı qeyri-humanist davranışı, bəzən hətta həyat üçün təhlükəli olan cəzalandırmaları, özbaşınalığı göstərir. Sənəddə bildirilir ki, il ərzində Azərbaycan ordusunda qeyri-döyüş şəraitində baş vermiş 69 ölüm faktı qeydə alınıb: «Yerli hüquq müdafiə təşkilatları orduda ən azı 81 ölüm hadisəsinin baş verdiyini elan edirlər. Onlardan 69-u döyüş şəraitində baş verməyib. Müdafiə Nazirliyi 18 yaşlı Ceyhun Qubadovun ürəkçatışmamazlığından dünyasını dəyişdiyini desə də, mərhumun anası oğlunun döyülərək öldürüldüyünü iddia edir. Qubadovun anasının internetə yerləşdirdiyi şəkillərdə oğlunun işgəncələrə məruz qaldığı görünür».

Hesabatın Qarabağ problemiylə bağlı hissəsində deyilir ki, Qarabağdakı separatçılar Ermənistanın dəstəyi ilə əraziləri nəzarətlərində saxlayırlar. İl ərzində cəbhə xəttində yenə gərginlik müşahidə olunub və hər iki tərəf baş verən insidentlərdə itki verib.

«Qanunsuz həbslər davam etməkdədir»

Hesabatda hüquq-mühafizə orqanlarının vətəndaşlarla davranışlarında qanunsuz həbslərin yenə üstünlük təşkil etdiyi vurğulanır. Qanunun bu tip addımları qadağa etməsinə baxmayaraq, bu cür həbslərin hələ də reallaşdırıldığının altı cızılır. «Hökumət bu istiqamətdə qanundakı qadağaları nəzərə almır. Nəticədə qanunsuz, əsaslandırılmamış həbslər davam etməkdədir».

«Polisin təhlükəsizlik orqanlarındakı rolu» adlı başlıqda polis ətrafında baş verənlərə aydınlıq gətirilir: «DİN və MTN ölkə daxilində təhlükəsizliyin təmininə cavabdehdir və bu strukturlar birbaşa prezidentə tabedirlər. Yerli QHT-lərin verdikləri məlumatlara görə, hər iki nazirlik sərbəst toplaşmaq, fikir azadlığı hüquqlarını gerçəkləşdirən vətəndaşların saxlanılmasında xüsusi rol oynayırlar. Polis ilin əvvəlində keçirilən aksiyalarda mitinqçilərə qarşı adekvat olmayan güc işlədib. Polis və daxili qoşunlar bu aksiyalar zamanı rezin güllələrdən, gözyaşardıcı qazdan istifadə edib. Polis dinc aksiyaçıları həbs edərək, onlara qarşı adekvat olmayan güc nümayiş sərgiləyib».

«Həbs prosedurları və saxlanılanlarla rəftar» bölümündə isə daha çox bu saxlanma zamanı vətəndaşların hüquqlarının pozulmasına diqqət yetirilir. Bildirilir ki, saxlanılan hər bir şəxs vəkil ilə təmin edilməlidir. Amma bu normaya əksər hallarda riayət olunmur. Xüsusilə paytaxtdan kənarda vəkillərin az olduğu əyaplətlərdə bu hüquq ümumiyyətlə qorunmur. Eyni zamanda o da vurğulanır ki, siyasi motivlərlə həbs olunanlar barəsində ailələrinə saatlar, bəzən günlərcə məlumat verilmir. Belə bir hal ilahiyyətçi alim Taleh Bağırzadə ilə bağlı həbsdə də təkrarlanır. O martın 31-də həbs olunsa da, bu barədə açıqlama yalnız bir həftədən sonra verilir. Tələsik məhkəmə prosesindən sonra T.Bağırzadə 2 illik azadlıqdan məhrum edilib.

«NİDA»çıların həbsi»

Qanunsuz həbslərin əsasında bir çox hallarda əsassız ittihamlar dayanır. Bu ittihamlar polisə müqavimət, narkotiklərin və silahın qanunsuz saxlanılması, ictimai asayişin pozulmasıdır. Buk imi tendensiyalar il ərzində aktual olaraq qalıb: «Polis dinc aksiyalar keçirməyə çalışan demokratik qüvvələrin təmsilçilərini, partiya üzvlərini həbs edir. Məsələn, hakimiyyət dinc aksiyaları keçirən və belə təşəbbüslərlə çıxış edən demokratik düşərgənin fəallarını, gənclər təşkilatlarının nümayəndələrini həbs edir. Həbs olunanlar sırasında «NİDA» Gənclər Təşkilatının üzvləri Bəxtiyar Quliyev, Məmməd Əzizov, Rəşad Həsənov, Rəşadət Axundov, Şahin Novruzlu, Üzeyir Məmmədli, Zaur Qurbanlı da var. Eyni zamanda gənc fəallar İlkin Rüstəmzadə , Daşqın Məlikov, Rəsul Mürsəlov da qanunsuz həbs olunanlar sırasındadır. Bundan başqa noyabrın 26-da Əbdül Əbilov da narkotiklərin qanunsuz saxlanılması maddəsi ilə həbs olunub. Müstəqil mətbuat Əbdül Əbilovun məhz sosial şəbəkələrdəki tənqidlərinə görə həbs olunduğunu bəyan edib. Müşahidəçilər həmçinin gənc fəalların həbsi zamanı qanun pozuntularına yol verildiyini qeydə alıblar».

«Məhkəmələrdə hakimlər prokurorları əvəz edir»

Dövlət Departamentində Azərbaycandakı pozuntularla bağlı eyni zamanda vurğulanır ki, Konstitusiyada vəkil və prokurorlar üçün eyni status nəzərdə tutulsa da, prokurorlara əlavə imtiyazların verilməsi göz önündədir: «Hakim mülki işlərlə bağlı proseslərdə vəkilləri işdən kənarlaşdırmağı özlərində saxlayırlar. Bundan başqa hakimlər prosesdə çox zaman prokuror vəzifəsini icra edirlər. Məsələn, «Tolişi Səda» qəzetinin redaktorı Hilal Məmmədovun işində müdafiə tərəfinin vəsatətlərini təmin etməyib».

Departamentin hesabatında vəkillərə qarşı aparılan təzyiq kampaniyasına da toxunulub. Sənəddə Vəkillər Kollegiyasının qərarı ilə vəkil Aslan İsmayılovun qurumun üzvlüyündən kənarlaşdırılması məhz bu təzyiqin tərkib hissəsi sayılır: «Aslan İsmayılov korrupsiyaya qarşı mübarizə ilə bağlı bir neçə səsli-küylü işlərdə iştirak edib. Nəticədə o, hakimiyyət tərəfindən təzyiqlə üzləşib. DİN-in Baş Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinin mayın 30-da Aslan İsmayılovu həbs etməsi müşahidəçilər tərəfindən ona xəbərdarlıq kimi dəyərləndirilir. Məlumatlara görə müstəntiq ona xəbərdarlıq edib ki, əgər o həyatı sevirsə, o zaman ictiami-siyasi həyatdakı fəaliyyətindəki aktivliyini dayandırmalıdır».

Tofiq Yaqublu və İlqar Məmmədvun həbsi

İl ərzində yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bəyan edirdilər ki, hakimiyyət siyasəi təqibi davam edir və siyasi məhbusların sayı durmadan artır. Siyasi məhbusların sayının 143-ə çatdığı elan edilirdi. Siyasi məbsular siyahısında jurnalistlər, hüquq müdafiəçiləri, ictimai və siyasi xadimlər, gənc fəallar var: «Fevralın 4-də hakimiyyət ReAl sədri, prezidentliyə namizəd İlqar Məmmədovu və Müsavat başqanının müavini, jurnalist Tofiq Yaqublunu həbs etdi. Bu şəxslər, hüquq müdafiəçisi Anar Məmmədli ilə yanaşı beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınıb və onların dərhal azad olunması tələb olunur».

Hesabatda AXCP sədri Əli Kərimliyə qarşı olan təzyiqlərə də xüsusi yer ayrılıb. Ə.Kərimlinin yaxın qohumlarının həbsi ona qarşı təzəyiq kimi dəyərləndirilib: «Polis siyasi müxalifət təmsilçilərinin ailə üzvlərinin təqibini, qorxudulmasını və həbsini davam etdirir. 2012-ci ildə həbs olunan Elnur Seyidov AXCP sədri Əli Kərimlinin qaynıdır. O yeddi il yarım müddətinə azadlıqdan məhrum edilib. Digər bir halda isə prezident seçkiləri ərəfəsində hakimiyyət Əli Kərimlinin oğlu Türkel Kərimli barəsində 25 sutkalıq həbs qərarı verir».

Hesabatda 2013-cü ilin sonunda özünə süi-qəsb edən Qarabağ qazisi Zaur Həsənovla bağlı məlumatlar da yer alıb. Z.Həsənovun bu addımı Həmkarlar Konfederasiyasının rəhbəri, millət vəkili Səttar Mehbalıyevin onun hüquqlarını pozması üzündən atdığı qeyd olunur.

"Yeni Müsavat" və "Azadlıq"ın problemləri hesabatda

Sənəddə ölkədəki söz və mətbuat azadlığı ilə bağlı duruma da toxunulur. Hakimiyyətin söz və mətbuat azadlığını sıxışdırılması siyasətini aparmasının fonunda «Azadlıq» qəzetinə qarşı atılan addımlara yer verilir: «Hakimiyyətin yürütdüyü siyasəti kəskin tənqid edən müxalifət mətbuatı il ərzində təzyiqlərlə üzləşib. Əylatələrdə qəzet satışına ciddi problemlər yaradılır. Paytaxtda isə qəzetlərin satışı ilə bağlı ciddi problemlər yaradılır. Oktyabrın 17-dən Bakı Metropolitenində «Azadlıq», «Yeni Müsavat» və «Gündəm Xəbər»in satışına qadağa qoyur. Noybrın 15-də isə metroda ümumiyyətlə bütün çap mətbuatının satışı dayandırıldı. Ciddi təzyiqlərlə üzləşən «Azədlıq» qəzeti noybrda bir müddət fəaliyyətini dayandırmağa məcbur oldu. «Azadlıq» yalnız ictimaiyyətin maliyyə dəstəyindən sonra yenidən çapını bərpa etməyə nail olub. İri cərimələrlə üzləşən «Azadlıq» qəzetinin bank hesabının bağlanması qəzetin durumunu ağırlaşdırıb».

Jurnalistlərin həbsi onlara qarşı təyziqlər də hesabatda diqqət yetirilən hadisələrdəndir. Təzyiqlər üzləşən jurnalistlərin sırasına «Bizim Yol» qəzetinin əməkdaşı Pərviz Həşimli, «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı, Sərdər Əlibəylinin adları var. Hakimiyyətin mətbuatdan daha çox öz məqsədləri üçün istifadə etdiyinin, fikirlərini azad şəkildə ifadə edən şəxsləri hədəfə aldığının altı xüsusilə cızılır. «Azadlıq radiosunun» əməkdaşı Xədicə İsmayılın məhz belə bir kampaniya ilə üzləşdiyi xüsusilə vurğulanır.

Dövlət Departamentinin hesabatında eyni zamanda Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının sədri Gültəkin Hacıbəyliyə qarşı aparılan iyrənc kampaniyaya da toxunulur. G.Hacıbəyliyə qarşı təzyiqlərin onun demokratik düşərgəyə keçməsindən sonra başladığı vurğulanır. Bundan başqa Milli Şuranın sədri C.Həsənlinin prezidentliyə namizədliyini irəli sürdükdən sonra BDU-dan uzaqlaşdırıldığı hesabatda qeyd olunur. BDU-da müəllim işləyən Altay Göyüşovun da məhz müstəqil fikirlərinə görə, universitetdən kənarlaşdırıldığı deyilir.

Prezident seçkilərinə diqqət

Hesabatda 2013-cü ildə baş verən hadisələrlə bağlı prezident seçkilərinə də xüsusi yer ayrılır: «Oktyabrın 9-da keçirilən prezident seçkiləri beynəlxalq standartlara uyğun gəlmir. ATƏT DTİHB oktyabrın 10-dakı hesabatında seçkilərdə ciddi çatışmamazlıqların olduğunu bəyan edib. ATƏT müşahidəçiləri seçki günü qutulara topa bülletenlərin atıldığını, müşahidə apardıqları məntəqələrin 58 faizində səslərin sayılmasıyla bağlı ciddi problemlərin yaşandığını hesabatlarında qeyd ediblər. Hakimiyyət seçki öncəsi eyni zamanda repressiv siyasətini davam etdirərək, sərbəst toplaşmaq, fikir azadlığını məhdudlaşdırıb ki, bu da normal, azad rəqabət mühütünü imkansız edib. İyirmi iki günlük seçki kampaniyası zamanı bir sıra gənc fəallar həbsə atılıb».

«Elşad Abdullayevin pulu «master» Ramizə çatdırılıb»

Hesabatda diqqət çəkən hissələrdən biri heç şübhəsiz 2013-cü il ərzində korrupsiya və rüşvət faktları ilə bağlı açıqlanan məlumatlarla əlaqəlidir: «Qanunla məmurlar korrupsiya və rüşvətə görə cinayət məsuliyyəti daşıyırlar. 2012-ci ilin sentyabrından başlayaraq açıqlanan korrupsiya faktları 2013-cü ildə də davam edib. Sabiq rektor, millət vəkilliyinə namizəd Elşad Abdullayevin açıqladığı videolarda bir sıra dövlət məmurlarının adları korrupsiyada hallanır. Videoların birində Elşad Abdullayevlə millət vəkili Gülər Əhmədova və onun köməkçisi Sevinc Babayevanın danışığı var. Videoda söhbət Əhmədovanın parlamentdəki yeri 1 milyon dollara satmasından gedir. Həmin videoda Güllər Əhmədova və Sevinc Babayeva Elşad Abdullayevə deyir ki, onun 500 min dollarlıq ödənişi Prezident Aparatının rəhbəri, «master» Ramiz Mehdiyevə çatdırılıb. Bu videonun işıq üzü görməsindən sonra Əhmədovaya qarşı cinayət işi açılır və o, YAP üzvlüyündən çıxıralır, millət vəkili mandatından məhrum edilir. 2012-ci ilin dekabrında isə əsas şahidlərdən olan Sevinc Babayevanın oğlu bəyan etdi ki, anası qeyri-müəyyən şəraitdə Türkiyədə dünyasını dəyişib. Gülər Əhmədovanın işiylə bağlı məhkəmə prosesinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxıldı və o, 3 il azadlıqdan məhrum edildi”.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar