PUTİNİN KORRUPSİYA ƏMƏLLƏRİ DÜNYAYA GÖSTƏRİLDİ - VİDEO

Vladimir PutinBritaniyanın BBC One telekanalı yerli vaxtla yanvarın 25-i saat 20.30-da (Bakı vaxtı ilə gecə saat 00.30) “Putinin gizli var-dövləti” adlı film nümayiş etdirməyə başlayıb. Filmdə Rusiya prezidentinin hakimiyyətindən istifadə edərək necə dünyanın ən varlı adamlarından birinə çevrilməsindən bəhs olunur.

ABŞ maliyyə nazirliyinin sanksiyalar məsələsinə cavabdeh nümayəndəsi Adam Şubin də BBC-yə açıqlamasında Rusiya prezidenti Putini korrupsioner hesab etdiklərini deyib. Onun sözlərinə görə, Putin yaxınlarına və dostlarına ölkənin sərvətlərini talamağa imkan verir.

Şubinin sözlərinə görə, Putinin korrupsiyaçı olması ABŞ-a çoxdan məlumdur. “Biz Putinin dostlarını, yaxın müttəfiqlərini necə varlandırdığını görürük. Rusiyanın enerji sərvətləri, dövlət müqavilələri ona xidmət edənlərə yönləndirilir. Bizim üçün bu korrupsiyadır”, – deyə Şubin qeyd edib.

 

Şubin Putinin 40 milyard dollar sərvətə malik olması ilə bağlı MKİ-nin hesabatını şərh etməkdən imtina edib. Bununla belə o, Rusiya prezidentinin böyük srvət topladığını və bunu sirr olaraq saxladığını deyib. “O güya ildə 110 min dollar maaş alır. Bu insanın varlı olduğunu göstərmir. Putinin öz real sərvətini gizlətmək məharəti var”, – deyə ABŞ rəsmisi bildirib.

Putin böyük miqyaslı korrupsiyada ittiham edilir. Onun tənqidçiləri iddia edir ki, Kreml rəhbəri böyük sərvət toplamaq üçün hakimiyyətindən istifadə edib. Reportyor Riçard Bilton vaxtilə Kremldə çalışan və Ptinin sərvəti barədə məlumatlı olduqlarını iddia edən şəxslərlə görüşüb. Yarım saatlıq film Panorama proqramında nümayiş etdirilib.

Son günlər Britaniya mətbuatında Putinin adına daha çox Litvinenko işi il bağlı rast gəlinir.

Rusiya prezidentinin mətbuat xidməti Peskov isə BBC-ə açıqlamasında deyilənlərin həqiqətə uyğun olmadığını bildirib. Putin özü isə Panorama proqramına müsahibə verməkdən imtina edib.(Azadlıq.info)

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar