"Kim "nurçuların" izinə düşmək istəyirsə.. "- SAM-ın direktoru ünvanları verdi- VİDEO

"İstanbuldakı baş konsulumuzun Xarici İşlər Nazirliyi və Prezident Administrasiyasına göndərdiyi iddia olunan məktub mətbuatda necə işıq üzü görüb?"

Strateji Araşdırmalar Mərkəzi son vaxtlar mətbuatda yayılan nurçular siyahısı ilə bağlı araşdırma aparıb. APA TV-nin xəbərinə görə, mərkəzin direktoru Fərhad Məmmədov bildirib ki, istinad nöqtəsi "Bakı-Xəbər" qəzetinin baş redaktorunu müavini Samirə Səfərovaya aid olduğu göstərilən "facebook" səhifəsidir.

Çox vacib məqam isə İstanbuldakı baş konsulumuz Həsən Zeynalovun Xarici İşlər Nazirliyi və Prezident Administrasiyasına göndərdiyi iddia olunan məktubdur: "Belə bir məktubun mövcudluğu haqqında mənim məlumatım yoxdur. Amma əsasən, oradakı məlumatlara istinad edilir. Sizə müraciətim odur ki, maraqlanın görün xidməti sənəd jurnalistlərin ixtiyarına necə verilib. Daxili sənəd mətbuatda necə işıq üzü görüb. Bu olduqca maraqlı məqamdır. Hesab edirəm ki, mətbuat buna diqqət yetirməlidir ki, saxta profillə olan insanlar daxili yazışmanı mətbuata çıxarıblar".

O bildirib ki, Azərbaycanda kim "Nurçuların" izinə düşüb onlarla əlaqədə olanları axtarmaq istəyirsə, ilk növbədə təhsil və hazırlıq kurslarının, tibb ocaqlarının və kütləvi informasiya vasitələrinin fəaliyyətinə xüsusi fikir verməlidir: "Nə mənim, nə mənim həyat yoldaşımın, nə də övladımın adına hər hansı isə bir hazırlıq kursu, təhsil müəssisəsi var".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar