Ərəstun Oruclu Cəmil Həsənlini dəstəklədi

Ərəstun Oruclu oktyabrın 9-da keçiriləcək seçkilərdə Cəmil Həsənlini dəstəkləmək qərarına gəlib.O, öz fikirlərini facebook sosial şəbəkəsində yayıb. "Bir daha bəyan edirəm ki, professor Cəmil Həsənli qarşıdan gələn seçkidə dəstəkləyəcəyim tək və yeganə layiqli namizəddir. Dəyərli insan, böyük alim və ziyalı. Ünvanına dediyim xoş sözlərə görə dünən mənə telefon açıb təşəkkürünü ifadə eləməklə Cəmil müəllim bir daha hər cür dəstəyə layiq olduğunu sübut etdi. Hərçənd bunu mənə sübut etməyə heç bir ehtiyac yoxdur, çünki Cəmil müəllimin ləyaqətli insan olduğunu 20 ildir bilirəm. Azərbaycana lazım olan da elə ləyaqətli prezidentdır!"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar