“Kiçik sahibkarlar ölkəyə mal gətirə bilmir”

Parlamentin bugünkü iclasında çıxış edən Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev dərmanların qiymətlərinin bahalaşması barədə danışıb.

Modern.az xəbər evrir ki, deputat “Dərman vasitələri haqqında” Qanuna iki mühüm dəyişikliyi təklif edib.

“Dərman vasitələrinin əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi və ya bunun minimuma endirilməsini təklif edirəm. Manatın devalvasiyası ilə bağlı son 1 ayda dərman vasitələrinin qiymətlərində 45-50 faiz artım müşahidə edilib.

Bu da ehtiyacı olan insanlara çətinlik yaradır. Hesab edirəm ki, çörək və un məlumatları qədər dərman da strateji məhsul olduğundan, bu qərarı qəbul edə bilərik. Azərbaycana idxal olunan dərman vasitələri gömrükdə terminalda saxlanılır.

Onlar tərkibi və keyfiyyəti Səhiyyə Nazirliyinin laboratoriyasında yoxlanıldıqdan sonra satışa buraxılır. Təcrübə göstərir ki, bu ekspertiza və sənədlərin dəqiqləşdirilməsi 6 aya qədər çəkir. Lakin dərmanların saxlanması üçün gömrükdə vəziyyət yaxşı olmadığından keyfiyyət itir və bu, insanların haqlı narazılığına səbəb olur.

Məsələn deyirlər ki, bizim dərmanların keyfiyyəti xaricdəkilərdən aşağıdır. Bunun da səbəbi qeyd etdiyim səbəblərdir. Təklif edirəm ki, dərmanlar terminalda deyil, topdansatış anbarında saxlanılsın və sonra satışa buraxılsın”.

Deputat bildirib ki, bir aydan çoxdur sahibkarlar Türkiyə və Çindən mal gətirə bilmirlər.

“Son günlərdə gömrük məntəqlərində yeni rejimə keçidlə bağlı işlər görülməkdədir. Artıq kiçik sahibkarlar ölkəyə mal gətirə bilmirlər. Səbəb isə gətirilən mallara 36 faizlik gəlir vergisinin tətbiq edilməsidir. Bu isə ciddi narazılığa səbəb olub. Sahibkarlar deyilər ki, hətta monopoliya olanda belə, mal gətirə bilirdilər. Amma indi bunu da etmək olmur. Ona görə elə rejim yaradaq ki, sahibkarlara kömək edək. Daha qaş düzəltdiyimiz yerdə vurub göz çıxarmayaq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar