KREDİT ÜÇÜN BAKIYA AĞIR ŞƏRTLƏR İRƏLİ SÜRÜLÜB - Tələblər

Ötən həftə beynəlxalq maliyyə qurumları missiyası ilə Azərbaycan rəhbərliyi arasında danışıqlar ağır keçib və nəticə verməyib.

Qeyri-rəsmi mənbələrdən Turan-a məlum olub ki, kreditlərin verilməsi ilə bağlı xahişin cavabında beş tələb irəli sürülüb: geniş özəlləşdirmə, dövlət aparatında ixtisarlar, real məhkəmə islahatları, əmək haqları, pensiya və dövlət xərclərinin dondurulması, ÜTT-yə daxil olmaq.

Mənbənin məlumatına görə, hökumət beş şərtdən yalnız ikisi ilə razılaşıb. Nəticədə beynəlxalq qurumlar kreditin verilməsini mümkünsüz hesab ediblər.

Bu, belə düşünməyə əsas verir ki, hökumət böhran əleyhinə ciddi tədbirlər həyata keçirməyə hazır deyil.

Britaniyanın “Financial Times” nəşrinin məlumatına görə, Azərbaycan hakimiyyəti BVF və Dünya Bankından 4 mlrd. dollar almağı planlaşdırmışdı.

Lakin dövlət başçısı İlham Əliyev bu məlumatı təkzib edərək “antiazərbaycan qüvvələrin yalanı” adlandırıb. O əlavə edib ki Azərbaycanın xarici maliyyə yardımına ehtiyacı yoxdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar