Azərbaycanlı milyarderi Türkiyədə öldürmək istədilər

Əbru Gündəşin əri Rza Zərraba atəş açıblar, qalmaqalda Azəri qızı Günelin də adı hallandırılıb

Məşhur türkiyəli müğənni Əbru Gündəşin əri, İran əsilli azərbaycanlı iş adamı Rza Zərrab ölüm təhdidi alıb. Virtualaz.org Türkiyə qaynaqlarına istinadən xəbər verir ki, Rza Zərrab Əbru Gündəşlə İstanbulun Ortaköy səmtində restoranda yemək yeyərkən müğənninin mobil telefonuna zəng gəlib. Telefonu Rza Zərrab açıb və zəng edən şəxsdən kimliyini soruşub.

İş adamının polisə verdiyi şikayət ərizəsinə əsasən bundan sonra tanımadığı şəxs onu söyməyə və təhdid etməyə başlayıb. Zəng edən şəxs israrla Rza Zərrabdan harada olduğunu soruşub. İş adamı ona “Ortaköydəyəm, gəl” deyib. Zəng edən şəxs “Mən Ağrılı Ahmet, hər kəs tanıyır. Oturduğun yeri bilirəm. Gəlib kafana sıxacağam, səni o dünyaya göndərəcəyəm” deyə Rza Zərrabı təhdid edib.

Polisə şikayət edən azərbaycanlı milyarder özü və ailəsi üçün real təhdid yarandığını bildirib, mühafizə istəyib. Polis ona zəng edən şəxsin kimliyini müəyyənləşdirib və məlum olub ki, o, Qaziantepdə əsgərlik çəkən Ahmet A. adlı şəxsdir. Həmin şəxs ifadəsində deyib ki, zəng etdiyi telefon nömrəsini ona əsgərlik yoldaşı verib və nömrənin internetdən Əbru Gündəş adlı “sıradan bir qıza məxsus olduğunu” bildirib.

Ahmet A. deyib ki, nömrənin müğənni Əbru Gündəşə aid olmasından xəbərsiz olub və Rza Zərrabla söyüşsə də onu təhdid etməyib. Prokurorluq onun 4 ilədək həbsini tələb edir.

Türkiyənin “Show TV” telekanalı isə bu gün - sentyabrın 19-da bu qalmaqalla bağlı xəbər verib. Məlumatda deyilir ki, Rza Zərrabın keçmiş sevgilisi, azərbaycanlı müğənni Azəri qızı Günel də istintaqa çağırılıb və ifadəsi alınıb.

Telekanal məsələ ilə bağlı Əbru Gündəşlə də əlaqə saxlayıb. Müğənni deyib ki, Ahmet Ağ adlı tutulan şəxs qorxutmaq üçün onun ərinin ayağına atəş açıb, ancaq güllə dəyməyib. Əbru Gündəş bu işdə Azəri qızı Günelin adının hallandırılmasının düzgün olmadığını,bu şayiələrin qəsdən yayıldığını, onun Ahmet Ağla hansısa əlaqəsinin təsbit edilmədiyini də açıqlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar