Vidadi Zeynalovun yerinə TƏYİNAT

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə aparat rəhbəri təyin olunub.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə Əli İzzət oğlu Abdullayev nazirliyin Aparat rəhbəri vəzifəsinə təyin olunub.

Ə.Abdullayev 1979-cu ildə anadan olub, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını siyasi idarəetmə, hüquqşünaslıq ixtisasları üzrə bitirib.

O, 2001-2006-cı illərdə Əmlak Məsələləri Dövlət Komitəsində Hüquq şöbəsinin müdiri, 2007-ci ildən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifələrində işləyib.

big_1447423053_vidadi_zeynalov_01435Onu da xatırladaq ki, Ə. Abdullayevdən öncə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri vəzifəsini Vidadi Zeynalov tutub.

V. Zeynalov ötən ilin oktyabrın 27-də həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 314 maddələri ilə cinayət işi başlanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar