4 RUS, 4 SURİYALI GENERAL ÖLDÜRÜLDÜ - Qəfil hücum

Suriyanın Latakiya bölgəsində müxalif qruplaşmalar rus və suriyalı hərbçilərin toplantısına qəfil hücum edərək, 8-i general olmaqla, 15 hərbçini öldürüb.

Axar.az xəbər verir ki, bölgədəki əməliyyatları müzakirə etmək üçün Duveyrik və Səlma qəsəbələri arasında toplantı keçirən rus və suriyalı hərbçilər bir anda müxaliflərin hücumuna məruz qalıb.

Nəticədə 4-ü rus, 4-ü isə suriyalı general olmaqla, 15 hərbçi öldürülüb.

Öldürülən rus hərbçilərdən birinin Suriyadakı əməliyyatları koordinasiya edən Yuri adlı general-leytenant olduğu iddia edilib. Digər 3 rus hərbçi isə general-mayor olub.

Öldürülən suriyalı generalların adlarının isə Amid Munzur, Əli Cabir, Əli Umran və Adnan olduğu bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar