“Onu prezident görmək istəyirəm”- Musa Yaqubdan Cəmil Həsənliyə dəstək

Azərbaycanın tanınmış şairi Musa Yaqub Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin müdafiəsinə qalxıb. Modern.az-a danışan Musa Yaqub bildirib ki, Cəmil Həsənlini prezident görmək istəyir. “Cəmil Həsənli ilə Ziyalılar Forumunda bir yerdə olmuşuq, fəaliyyət göstərmişik. O bizim böyük ziyalımızdır, bunu həm əməli ilə, həm də adı ilə sübut edib. Cəmil Həsənli Azərbaycan tarixini saxtakarlıqdan xilas edib. Biz ziyalılar arxasında durub onu müdafiə edirik. Hesab edirəm ki, seçkilər düzgün keçirilsə, Cəmil Həsənli prezident olacaq. Xalqdan da xahiş edirəm ki, seçim edəndə səhv etməsin, əlinin üstündə əl olmasın. Seçicilərə Cəmil kimi namizəd lazımdır”-deyə M.Yaqub bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar