NATO PUTİNİN ÜZƏRİNƏ YERİYİR! – Döyüşə hazır briqadalar ön xətdə!

ABŞ-ın müdafiə naziri Eşton Karter bildirib ki, Birləşmiş Ştatlar dünyadakı təhdidlərin artması qorxusu ilə qarşılaşır. Bu təhlükələri öz regionlarında hökmranlıq etmək istəyən və bu istiqamətdə səylərini getdikcə gücləndirən İran, Çin və Rusiya kimi avtoritar dövlətlər törədir. Ona görə də, Rusiyanın aqressiyasından qorunmaq üçün, nəhayət ki, Obama administrasiyası tərəfindən NATO-nun şərqi Avropada aktivləşdirilməsinə şad olmaq lazımdır. (“The Wall Street Journal”)

Ağ Ev elan edib ki, 2017-ci ilin büdcəsində Avropanın təhlükəsizliyinin təmin olunmasına 3,4 milyard dollar ayıracaq. Bu isə əvvəlki 789 milyon dollardan əhəmiyyətli dərəcədə çoxdur. Rusiya qanunsuz olaraq, Krımı ilhaq etdikdən sonra ABŞ bu proqramı 2014-cü ildən işə salmağa başlayıb.

Əsas məqamlardan biri Pentaqonun öz həcminə görə briqada böyüklüyündə olan hərbi hissələri NATO-nun cəbhə xətti boyunca yerləşdirməsiylə yanaşı, həm də bu birlikləri Polşa ilə Pribaltika dövlətləri də daxil olmaqla, bir ölkədən digərinə dislokasiya etmək niyyətində olmasıdır. Bu hərbi hissələr döyüşə tam hazır olan briqadalar kimi, ağır silahlardan da istifadə edəcəklər.

Döyüş briqadasının yaradılması irəliyə atılmış ciddi addımdır. Düzdür, briqada tank hücumunun qarşısını ala bilməsə də, ancaq belə hərbi birliklər Vladimir Putinin Krımda istifadə etdiyi “yaşıl adamlar”ın önünü kəsmək imkanına malik olacaq. ABŞ-ın bu qərarı NATO-nun Şərqi Avropadakı üzvlərini, başlıca olaraq da Pribaltika ölkələrini sakitləşdirməlidir. Ümumi Daxili Məhsulunun 2%-ni müdafiyə xərclərinə sərf edən Polşa üçün də təhlükəsizlik təminatı lazımdır. Litvanın xarici işlər naziri Linas Linkyaviçus bu qərarı ABŞ-ın Avropaya qayıtması adlandıraraq deyib: ”Bu cür də olmalıdır, ona görə ki, bu qərar Avroatlantik təhlükəsizliyi üçün çox vacibdir”.

putin_600_600x400

Ruslar baş verənlərə sakit reaksiya verməyiblər. Onlardan başqa nə gözlənməliydi ki?

Moskva, ABŞ-ı 1997-ci ildə bağlanmış Rusiya-ABŞ müqaviləsini pozmaqda günahlandırır. Həmin müqavilə NATO-nun yeni ölkələrinin ərazisində böyük hərbi qruplaşmaların yerləşdirilməsini qadağan edir. Amma bu müqavilə “soyuq müharibə”dən sonrakı dövrdə bağlanmışdı və Qərb ümid edirdi ki, zamanla Rusiya da Şimali Atlantika alyansına qoşulacaq.

Putin NATO-nun şərqə doğru dinc şəkildə genişlənməsini, Böyük Rusiya ideyasının dirçəldilməsi istiqamətində bir bəhanə kimi istifadə edir. Kreml 2008-ci ildə Gürcüstana soxulmuşdu, digər tərəfdən isə Rusiya Krımı ilhaq etməklə, Ukraynanın ərazi bütövlüyünə təminat verən 1994-cü ildə imzalanmış Budapeşt memorandumunu pozub. Ancaq NATO briqadları bir-birini əvəz edərək, növbə ilə bu və ya digər ölkədə yerləşəcəyinə görə, 1997-ci ildəki razılaşma pozulmur.

Bütün bunlara cavab olaraq, Rusiya özünün Qərb cəbhəsinə əlavə qoşun hissələri yeridə bilər. Lakin əgər Putin Qərbin qətiyyətini görərsə, onda Rusiya belə bir addımın atılmasına çətin ki, getsin. Məsələnin əsas mahiyyəti isə, Rusiyanın aqressiyasının qarşısını ala biləcək kifayət qədər NATO güclərinin şərqi Avropada yerləşdirilməsindən ibarətdir.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar