Nazir müşavirlərinin sayını 7-yə endirdi, 5 Baş İdarə rəisi dəyişdi - YENİLƏNİB

fazil6Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi aparılıb.

"Report" xəbər verir ki, vergilər nazirinin müşaviri Ələkbər Məmmədov Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsinin rəisi təyin edilib.

Bir neçə saat bundan öncə Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsinin rəisi təyin edilən Natiq Şirinov isə Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinə rəis təyin olunub.

***

Vergilər Nazirliyində daha bir kadr dəyişikliyi baş verib.

“APA-Economics”in məlumatına görə, Rəhim Əfəndiyev nazirliyin Maliyyə-təsərrüfat idarəsinin rəisi təyin edilib. Bu təyinata qədər R. Əfəndiyev vergilər nazirinin müşaviri olub.

Qeyd edək ki, bu vəzifəni əvvəllər Məhəmməd Balaqadaşov icra edib. M. Balaqadaşov maliyyə-təsərrüfat idarəsinin rəis müavini təyin edilib.

* * *

Vergilər Nazirliyində ciddi kadr dəyişikliyi baş verib.

"APA-Economics" xəbər verir ki, Asəf Əsədov, Akif Musayev, Mahir Rəfiyev, Asif Cahangirov, Rəhim Əfəndiyev, Namiq Quliyev, Müşavər Nəbiyev vergilər nazirinin müşaviri vəzifəsindən azad olunublar.

Bundan başqa, Taryel Aydın oğlu Quliyev vergilər nazirinin yeni müşaviri təyin olunub. Bu təyinata qədər T. Quliyev Vergilər Nazirliyi Daxili təhlükəsizlik Baş idarəsinin rəisi vəzifəsini icra edib.

Qeyd edək ki, kadr dəyişikliyinə qədər nazirin 13 müşaviri olub. Hazırda onların sayı 7-yə endirilib.

Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin rəisi də dəyişib. Belə ki, Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin rəisi Natiq Şirinov Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi Baş idarəsinin rəisi təyin olunub. Onun yerinə isə Samirə Musayeva təyin edilib. S. Musayeva bunadək Vergilər Nazirliyinin Hüquq Baş idarəsinin rəisi olub. Vergilər Nazirliyi Hüquq baş idarəsi rəisi vəzifəsi isə Zeynalabdin Məmmədzadəyə həvalə olunub. Buna qədər Z. Məmmədzadə Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin rəisi olub.

Nazirlikdə kadr dəyişikliyi bununla da yekunlaşmayıb. İlqar İsmayıl oğlu Əhmədov Vergilər Nazirliyi Daxili təhlükəsizlik baş idarəsinin rəisi təyin edilib. Buna qədər İ. Əhmədov Vergi auditi və operativ nəzarət baş idarəsinin rəisi olub. Bu vəzifə isə Toğrul Quliyevə tapşırılıb.

***

Azərbaycanın vergilər naziri Fazil Məmmədov müşavirlərinin sayını 13-dən 7-ə azaldıb.

Vergilər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Asəf Əsədov, Akif Musayev, Mahir Rəfiyev, Asif Cahangirov, Rəhim Əfəndiyev, Namiq Quliyev və Müsavər Nəbiyev müşavir vəzifəsindən azad olunublar.

Bundan başqa, Tariyel Quliyev nazirin yeni müşaviri təyin olunub.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar