Döyüş şəraitində növbətçilik edən hərbçilərin ərzaq normasında dəyişiklik

Nazirlər Kabineti “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən əlavə ərzaq payları müəyyənləşdirilib.

İndiyə qədər döyüş şəraitində hesab olunan hərbi hissələrdə döyüş növbətçiliyi aparan hərbi qulluqçulara bir nəfər üçün gündəlik olaraq 15 qr. kərə yağı, 20 qr. şəkər, 1 qr. çay, 100 qr. 1-ci növ çörək verilib. Dəyişikliyə əsasən, bundan sonra əlavə olaraq həmin hərbi qulluqçulara yeməklərin hazırlanması üçün 2,5 litr su, içmək üçün 16 aprel tarixindən 14 oktyabr tarixinədək (yay mövsümü) 2,0 litr, 15 oktyabr tarixindən 15 aprel tarixinədək isə (qış mövsümü) 1,0 litr su veriləcək.

Tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsi dövlət büdcəsindəMüdafiə Nazirliyinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin saxlanılması xərcləri dairəsində müvafiq məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar