Masallıda vətənpərvərliklə bağlı əhəmiyyətli tədbir keçirilib – Fotolar

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə region yeniyetmə və gəncləri arasında milli mənlik şüurunun inkişaf etdirilməsi və onların vətənpərvər ruhda tərbiyə edilib böyüdülməsini təbliğ edən “Uğrunda ölən varsa, Vətən var!” adlı layihə davam edir.

Layihə çərçivəsində "Yurdumun Ərənləri" kitabı nəşr olunub. Dekabrın 4-də Masallı rayonunda kitabın geniş təqdimat mərasimi keçirilib. Tədbirdə rayon gəncləri, şəhid ailələrinin nümayəndələri də iştirak ediblər.

Tədbir iştirakçıları 1 dəqiqəlik sükutla şəhidləri anıblar. Daha sonra çıxış edən layihə rəhbəri Fariz Quliyev iştirakçılara kitab haqqında geniş məlumat verib. Müəllif qeyd edib ki, yaxın tarixlərdə şəhid olanlar haqqında məlumatlar ilk dəfə olaraq kitaba salınıb. Tədbirdə rayon ziyalıları çıxış edərək layihənin əhəmiyyətindən danışıblar. Tədbirin sonunda iştirakçılara kitablar paylanıb.

Böyütmək üçün şəkillərə klikləyin

[gallery size="full" ids="191334,191335,191336,191337,191338,191339"]

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar