“Çərçivədən kənara çıxmaq olmaz” -Gürcüstan prezidenti

"Gürcüstan hökumətinin Rusiyanın "Qazprom" şirkəti ilə apardığı danışıqların bir çərçivəsi olmalıdır və bu çərçivədən kənara çıxmaq olmaz".Bu barədə Gürcüstan prezidenti Georgi Marqvelaşvili "Maestro" telekanalının efirində deyib.

“"Qazprom" mövzusu yalnız iqtisadiyyat və energetika ilə məhdudlaşmır. Burada təhlükəsizlik, xarici siyasət, geosiyasət kimi məsələlər də var. Məhz buna görə, ali hakimiyyət orqanları "Qazprom"la aparılan danışıqlarda vahid bir çərçivə cızmalı və bu çərçivədən kənara çıxmamalıdır”, - Gürcüstan prezidenti belə deyib.

Qeyd edək ki, Gürcüstanın əsas qaz təchizatçısı Azərbaycandır. Bununla yanaşı, Gürcüstanda istehlak olunan qazın 12%-ni Rusiya nəql edir. Söhbət Gürcüstan üzərindən Rusiyadan Ermənistana nəql olunan qaza görə, tranzit haqqından gedir. Gürcüstan hökuməti Rusiya tərəfinin nəql etdiyi qazın həcmini artırmaq üçün "Qazprom"la danışıqlar aparır. Gürcüstan müxalifəti isə buna etiraz edir. Müxalifət bildirir ki, bu, Gürcüstanlın enerji təhlükəsizliyinə təhdiddir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar