Rusiya terrorçuları dəstəklədiyini etiraf etdi

PKK-nın Suriya qolu PYD-nin Suriya danışıqlarında gələcək iştirakı 12 fevralda nazirlər kabineti səviyyəsində Münhendə keçiriləcək görüşdə müzakirə olunacaq.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Rusiya xarici işlər nazirinin müavini, Rusiya prezidenti yanında Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndə Mixail Boqdanov çıxış edib.

“Biz hər zaman demişik ki, Suriya danışıqlarında etnik, siyasi qruplar geniş tərkibdə təmsil olumalıdırlar. Hal-hazırda PYD Suriya mənzərəsinin vacib elementlərindən biridirlər. Onların iştirakı olmadan atəşkəs, humanitar problemlərin həlli çox çətin olacaq. PYD olmadan siyasi proseslər natamam görünür” – deyə Boqdanov bildirib.

Qeyd edək ki, Türkiyə PKK-nın Suriya qolu PYD-ni terrorçu təşkilat kimi tanıyır və danışıqlarda iştirakına tam qarşıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar