Əmanətlərdə dollarlaşma 85 faizə çatdı

İkinci devalvasiyadan sonra fiziki şəxslərin banklardakı əmanətləri daha da dollarlaşıb.

“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, 31 Dekabr 2015-ci il tarixinə banklarda əmanətlər 9 milyard 473,9 milyon manat olub. Əmanətlərin 8 milyard 53,7 milyon manatı və ya 85%-i xarici valyutada, 1 milyard 420,2 milyon manatı və ya 15%-i milli valyutada yerləşdirilib.

Devalvasiyadan əvvəl, Noyabr ayının sonunda banklardakı 7 milyard 89,5 milyon manat əmanətin 76,5% və ya 5 milyard 420,5 milyon manatı xarici valyutada idi.

REAL OLARAQ 320 MİLYON AZALIB

Dekabrda əmanətlərdəki 2 milyard 384,4 milyon manatlıq artım devalvasiyadan qaynaqlanıb. Dollardakı əmanətlər yeni məzənnə ilə hesablandığından artım yaranır. Əslində banklardakı əmanətlər 320 milyon manat civarında azalıb.

Ötən ilin sonuna olan məlumata görə, banklardakı əmanətlərin 8 milyard 240,9 milyon manatı rezidentlərə, 1 milyard 233,1 milyon manatı qeyri-rezidentlərə məxsus olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar