Bakı Olimpiya Stadionunda toylar da keçiriləcək – FOTO

Bakı Olimpiya Stadionunda (BOS) toy şənlikləri də keçirmək mümkün olacaq.

Bu barədə Stadionun rəsmi saytında elan yerləşdirilib:

“Bakı Olimpiya Stadionunda toy etməklə siz bu mühüm hadisəyə yaradıcı yanaşma etmiş olacaqsınız. Ərazinin əzəməti peşəkarlara burada unudulmaz və original mühit qurmağa kömək edəcək.

Siz burada kiçik banketlərdən böyük toy mərasimlərinə qədər tədbirlər keçirə bilərsiniz. Dəbdəbəli interyer, unikal atmosfer, yüksək səviyyəli tədbirlərin təcrübəsi sizə unudulmaz və əvəzolunmaz mərasim yaşadacaq. Əlavə məlumatlar üçün tədbirlər üzrə komandamız ilə əlaqə saxlayın”, - deyə elan yazılıb.

68 min oturacaq yeri olan bu stadionda hələlik mərasim keçirilməsə də, artıq sifarişlər var.

Stadiondan gün.az-a verilən məlumata görə, martın 19-da BOS-da ilk toy olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar