Avropa TANAP-a 1 milyard pul ayırır

Avropa İnvestisiya Bankı (EIB) Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 1 milyard avro vəsait ayıra bilər.Bu barədə EIB-in direktorunun müavini Pim Van Ballekom məlumat verib.

“Məqsədimiz “Botaş” şirkəti vasitəsilə layihəyə dəstək olmaqdır. Çünki Dünya Bankı da bu layihəyə maliyyə vəsaiti ayırmağı planlaşdırır. EIB-in həmin bu vəsaitinin aprelin sonuna kimi təsdiq olunması və ilk ödənişin isə avqustun sonunadək həyata keçirilməsi nəzərdə tutulur”-deyə o qeyd edib.

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri (CQBK) və TAP boru kəmərinə birləşərək “Cənub qaz dəhlizi”nin əsas hissəsini təşkil edən TANAP-ın uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 1850 kilometr olacaq. Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı nəql edəcək TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır.

TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur.

TANAP Cənubi Qafqaz Boru Kəmərindən alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən TAP boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.(AzVision.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar