“Suriya-Türkiyə sərhədinə 15 minə yaxın insan gəlib” - Əhməd Davudoğlu

Fevralın 5-də Suriya-Türkiyə sərhədinə Hələb şəhərindən 15 minə yaxın insan gəlib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib.

“Çox təəssüf ki, Hələb darmadağın edilib. Hazırda bu şəhərdən 15 minə yaxın insan sərhədimizə pənah gətirib. Biz onların bütün tələbatlarını təmin edəcəyik”, deyə Ə.Davudoğlu bildirib.

O, qeyd edib ki, Hələb əhalisinin öz evlərini tərk etməsinə səbəb Rusiyanın dəstəyi ilə Suriya hökumət qoşunlarının hücumu olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar