İran neftin satışında dollardan imtina edəcək

İran neftin satışında dollardan imtina etmək niyyətindədir. Bəzi şirkətlər ilə sövdələşmələr avroda aparılacaq, oxu.az Reuters-ə istinadən xəbər verir.

Agentliyin İran Milli neft şirkətindən olan sözçüsü bildirib ki, artıq Fransanın Total və Litasco, həmçinin İspaniyanın Cepsa şirkətləri ilə Avropa valyutasında müqavilələr imzalanıb.

Mənbə qeyd edib ki, rəsmi Tehran dollardan asılılığı aşağı salmaq istəyir. İran avroya keçid barədə qərarı sanksiyalar altında olarkən qəbul edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar