Daha bir jurnalist həbs oluna bilər

Dərc olunub: 19/09/2013 - 15:52

img1493800Gənc siyasi fəal, Kanal13 internet televiziyasının əməkdaşı Məhəmməd Türkmən həbs təhlükəsi qarşısındadır. Bu barədə o özü musavat.com-a açıqlamasında bildirib.
M.Türkmənin sözlərinə görə, son zamanlar polis orqanları tərəfindən çoxsaylı təzyiqlərə məruz qalmaqdadır: “Bu yaxınlarda Yasamal rayon Polis İdarəsinin 28-ci bölməsi tərəfindən seçki bəhanəsi ilə bölməyə çağırılmışdım. Mənim ev ünvanımı dəqiq bilmək istəyirdilər. Ertəsi gün yaşadığım mənzilin (kirayə qaldığım üçün dəqiq ünvanı bilmirdim) dəqiq ünvanını bildirdim. Bu gün 10 dəqiqə əvvəl qeydiyyatda olduğum Salyan rayonundan mənə zəng gəldi. Məni rayonda polisin axtardığını bildirdilər. Bu, ilk dəfə deyil. Polis orqanlarının məni rayonda axtarmaqlarının səbəbini bilməsəm də, düşünürəm ki, bu mənim peşə fəaliyyətim ilə bağlıdır”.
Qeyd edək ki, bu günlərdə M.Türkmən sosial şəbəkədəki profilində hakimiyyətin xoşuna gəlməyəcək şəkil paylaşıb. Bu şəkli o çəkməyib, fotoşəkil onun elektron ünvanına göndərilib, o isə şəkli yayıb. Bütün təqib-təzyiq aksiyaları da məhz ondan sonra başlayıb.(musavat.com)








loading...


Fikrinizi bildirin