Moody's da Azərbaycanın reytinqini aşağı saldı

Beynəlxalq kredit reytinqi agentliyi Moody's Investors Service Azərbaycanın reytinqlərini azaldıb.

"Marja" agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, Azərbaycanın "Baa3" səviyyəli dövlət istiqrazları və emitent reytinqləri "Ba1" səviyyəsinə endirilib.

Xatırladaq ki, bir neçə gün öncə "Standard and Poor's” reytinq agentliyi də Azərbaycanın kredit reytinqini "BBB-" səviyyəsindən "BB+" səviyyəsinə endirmişdi.

"Moody's Investors Service" reytinqin "Ba1"ə endirilməsinə səsəblər kimi, neftin qiymətinin daha da aşağı düşməsinin iqtisadiyyata təsirini, ortamüddətli perspektivdə iqtisadi artım perspektivlərini, Azərbaycanın maliyyə sistemində təzyiqlərin artmasını, valyuta ilə ödəniş balansı mövqeyini, etimadın itirilməsini, hökumətin fiskal mövqeyi və borc göstəricilərinin pisləşməsini və s. göstərib.

Həmçinin Azərbaycanın xarici valyutada istiqraz və depozit tavanı müvafiq olaraq

"Baa3/P-3" və "Baa3/P-3" səviyyələrindən "Ba1/NP" və" Ba2/NP" səviyyələrinə salınıb. Eyni zamanda, yerli valyutada istiqraz və depozit üzrə ölkə tavanı "Baa3"dən "Ba1 "ə endirilib.

Moody's qeyd edir ki, Azərbaycan karbohidrogenlərdən çox asılıdır. Azərbaycanın ixracının 90%-dən çoxunu neft və qaz təşkil edir və ÜDM-in təxminən üçdə birini təmin edir. İcmal dövlət büdcəsinin gəlirlərinin 60-70%-i neft və qaz ilə bağlıdır.

Neftin qiymətinin aşağı düşməsi Azərbaycana getdikcə daha çox ps təsir göstərir, iqtisadi artıma, hökumət maliyyə gücünə və maliyyə sektorunun sabitliyinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərir.

Moody's 2015-ci il üzrə Azərbaycanın ÜDM-nin artım proqnozunu 2.8%-dən 1.1%-ə qədər azaldıb. Agentlik 2016-cı ildə Azərbaycan iqtisadiyyatının 0.7%, 2017-ci ildə isə 1.7% artacağını gözləyir.

Moody's neftin barelinin orta qiymətinin 2016-cı ildə 33 dollar, 2017-ci ildə 38 dollar olacağını gözləyir. Ümumiyətlə 2019-cu ilə qədər Brent neftinin barrelinin qiyməti 50 dollardan aşağı qalacaqdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar