Ukrayna Krımla bağlı danışıqlarda Türkiyənin də iştirakını istəyir Böyüt

“Ukrayna Krımla bağlı danışıqlarda Türkiyənin iştirakını dəstəkləyir”

APA-nın “news.liga.net” saytına istinadən verdiyi xəbərə görə, bu açıqlama ilə Ukraynanın xarici işlər naziri Pavel Klimkin çıxış edib.

P. Klimkin bildirib ki, Türkiyə nümayəndələri Krımda humanitar problemlərlə bağlı məsələlərin müzakirəsində iştirak etməlidirlər: “Onlara dəvət göndərilə bilər. Cenevrə formatı əsas müzakirə platforması olaraq qalacaq, lakin digər nümayəndələr də cəlb olunmalıdır”.

Nazir qeyd edib ki, Krımın Rusiya tərəfindən ilhaq edilməsi ilə bağlı danışıqlara beynəlxalq təşkilatların qoşulması da mümkündür.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko Kırımın geri qaytarılması üçün Avropa İttifaqı, ABŞ və 1994-cü il Budaşept memorandumunu imzalayan ölkələrin daxil olduğun Cenevrə+ formatını təklif etmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar