Kaladze Azərbaycana səfərindən danışdı

"Bu gün danışıqlar Rusiyadan alınacaq 300-400 milyon kubmetr qaz ətrafında gedir".

“Gürcüstan tərəfi Cənubi Qafqaz boru xətti vasitəsilə əlavə qaz almaq barədə danışıqlar aparır”. Anspress-in məlumatına görə, bu sözləri Gürcüstanın energetika naziri Kaxa KaladzeAzərbaycana səfəri barədə jurnalistlərə açıqlama verərkən deyib.

Kaladze bildirib ki, Gürcüstan tərəfi 2011-ci ildən bəri Cənubi Qafqaz Boru Kəməri Konsorsiumuna əlavə qaz verilməsinə dair müraciətlər edib. “Amma təkliflərimizə yazılı formada rədd cavabı gəlib. Hazırda danışıqlar aktiv mərhələdədir. Hələ ki razılaşmaya nail olunmayıb. Əgər Gürcüstan konsorsiumu inandıra bilsə, bizə qaz vermək üçün boru kəmərinin ötürmə imkanları var”, - deyə nazir bildirib.

Nazir deyib ki, hər gün Gürcüstana 11 milyon kubmetr qaz daxil olur. 6 milyon kubmetrQazax boru kəməri ilə Azərbaycandan, 3,2 milyon kubmetr "Şahdəniz-1" yatağından, qalan 1,2-2 milyon kubmetr isə Rusiyanın Ermənistana Gürcüstan ərazisindən ötürdüyü qaz üçün tranzit haqqı kimi ödədiyi qazdır.

Nazirin sözlərinə görə, bu razılıq əldə olunarsa, Rusiyadan əlavə qazın alınmasına ehtiyac qalmayacaq. “Bu gün danışıqlar Rusiyadan alınacaq 300-400 milyon kubmetr həcmində qazın ətrafında gedir. Mən düşünürəm ki, biz müəyyən razılaşmaya nail olacağıq", - deyə Kaladze bildirib.

Cənubi Qafqaz Boru Kəməri (CQBK) Azərbaycan və Gürcüstan ərazisi boyunca yeni paralel boru kəməri vasitəsilə genişləndiriləcək. Hazırda Azərbaycan qazı daxili boru kəmərləri və Bakı-Tiflis-Ərzurum qaz boru xətti ilə ixrac edilir.

Bakı-Tiflis-Ərzurum qaz boru xətti

Gürcüstanın Energetika naziri Kaxa Kaladze fevralın 4-də Azərbaycan gözlənilmədən səfər edib. O, SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşüb.

Şirkətin prezidenti Rövnəq Abdullayevlə aparılan danışıqlarda ikitərəfli əməkdaşlıq məsələləri, Cənub Qaz Dəhlizinin inkişaf perspektivləri, Cənubi Qafqaz Boru Kəmərinin Gürcüstan ərazisindən keçən hissəsinin tikintisinin gedişi, həmçinin Azərbaycan qazının Gürcüstana nəqlində yaranmış problemlər və onların həll yolları müzakirə olunub. Tərəflər danışıqların və müntəzəm görüşlərin davam etdirilməsi barədə razılığa gəliblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar