“Azərişıq”dan görünməmiş qanunsuzluq

Qurum vətəndaşlardan pul qoparmaq üçün onlara borc barədə möhürsüz qəbzlər göndərir

Bir neçə gündür ki, Bakının müxtəlif rayonlarından, həmçinin bölgələrdən azadlıq.info-ya  “Azərişıq”ın qanunsuzluğu ilə bağlı çoxsaylı müraciətlər edilir. Həmin müraciətlərdə bildirilir ki, “Azərişıq” evlərə üzərində heç bir möhürü olmayan borcla bağlı qəbzlər paylamağa başlayıb.

“Həmin qəbzlərdə müxtəlif məbləğlər yazılıb. Kiminə 100, kiminə 70, kiminə 90 manat borc yazılıb. Bu borc nə vaxtdan yığılıb, niyə bu vaxta qədər tələb olunmayıb bəlli deyil. Bizim borcumuz yoxdur, vaxtlı-vaxtında pulumuzu ödəyirik. Ödənişləri təsdiq edən sənədlər də var. Indi bu borc hardan çıxıb bəlli deyil. Əgər bu borc qəbzdə göstərilən illəri əhatə edirsə, bəs bizim həmin illərdə ödədiklərimiz necə olub?”,- deyə vətəndaşlar bildirib.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar