Əhməd Davudoğlu Qazaxıstanı "ikinci vətən" adlandırıb

Qazaxıstan və Türkiyənin hökümət başçıları - Kərim Məsimov və Əhməd Davudoğlu iki ölkə arasındakı əlaqələrdən razı olduqlarını bildiriblər. Bu barədə Trend RİA Novostiyə istinadən xəbər verir.

K.Məsimov həmkarı ilə görüşündə ölkələr arasındakı ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından məmnun olduğunu bildirib.

O deyib ki, bu, Ə.Davudoğlunun baş nazir vəzifəsində ölkəyə ilk səfəridir.

Ə.Davudoğlu isə qeyd edib ki, Qazaxıstanı öz vətəni hesab edir, çünki "əcdadlarının vətənidir".

Baş nazir deyib: "Ümid edirəm ki, bundan sonra baş nazir vəzifəsində öz ikinci vətənimə daha tez-tez baş çəkə biləcəyəm".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar