Beş ay əvvəl baş vermiş qətl hadisəsinin üstü açıldı

Azərbaycanda beş ay əvvəl baş vermiş qətl hadisəsinin üstü açılıb.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, ötən il sentyabrın 7-də Abşeron rayonunun Xocəsən qəsəbəsində üzərində zorakılıq əlamətləri olan 25-30 yaşlı kişi meyiti tapılıb. Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılmış tədbirlərlə qətlə yetirilənin Kürdəmir rayon sakini Xanlar Nadirov olması müəyyən edilib və hadisəni törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini Vüsal Mirzəyev və Kürdəmir rayon sakini Vüsal Qədiyev tutulub, daha 1 nəfər isə müəyyən edilib.

Faktla bağlı əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar