Alimlər süni ət də yaratdı - VİDEO

ABŞ-da fəaliyyət göstərən “MemphisMeats” adlı şirkətin alimləri süni ət yaradıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu yaxınlarda şirkət süni yaradılan ətin nümunəsinin təqdimatını keçirib.

Alimlər süni əti inək, donuz, toyuq və digər heyvanlardan alınmış hüceyrələr əsasında yaradıblar. Alimlər iddia edirlər ki, süni yaradılmış ət eyni olaraq təbii ətin dadını verir, lakin təbii ətdən daha keyfiyyətli və təhlükəsizdir, insan orqanizminə ziyan vermir.

Şirkət süni ətin yaxın 5 il ərzində ABŞ-ın bütün ərazisində, o cümlədən gələcəkdə dünya üzrə satışa çıxarılmasını planlaşdırır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar