""Qazprom”la razılaşma hələ baş tutmayıb" - Kaxa Kaladze

“"Qazprom”la Kifayət qədər yaxşı və dostluq münasibətləri var”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri qeyri-hökumət sektorunun nümayəndələri ilə görüşdən sonra jurnalistlərə açıqlamasında Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib. O deyib ki, “Qazprom”la növbəti görüşün vaxtı hələ müəyyən olunmayıb.

Nazir “Qazprom”la aparılan danışıqlarda siyasi kontekstin olmadığını söyləyib: “Mən bir daha qeyd etmək istəyirəm ki, Gürcüstan “Qazprom”la hər il əlaqə yaradır. Kifayət qədər yaxşı və dostluq münasibətləri var. Çətinliklərə baxmayaraq, bu əlaqəni məndən əvvəlki nazirlər qurublar. Mən kiməsə və nəyə görə bu münasibətləri itirmək niyyətində deyiləm”.

K. Kaladze bir nazir kimi Gürcüstanın enerji sektorunda gedən proseslərə cavabdeh olduğunu söyləyib. O qeyd edib ki, “Qazprom”la danışıqlarda hələ razılıq əldə olunmayıb: “Proses ona görə belə uzanır. Bizim öz mövqeyimiz və baxışlarımız var. Bu sahənin inkişafı üçün, insanlarımız üçün maksimal nəticə almaq məqsədilə mümkün olanı edəcəyik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar