Dünyanın ən böyük günəş enerjisi stansiyası istifadəyə verilib

1.3 milyon insanı elektrik enerjisi ilə təmin edəcək layihə

"Marja" xəbər verir ki, Mərakeş dünyanın ən böyük bərpa olunan enerji layihəsi olan Nur Enerji Layihəsinin ilk mərhələsi olan "Nur 1" adlı günəş enerjisi stansiyasını istifadəyə verib. Layihə ilə gələcəkdə 1.3 milyon insanın elektrik enerjisinə olan ehtiyacını ödəmək hədəflənir.

Mərakeşin paytaxt Rabatın 550 kilometr cənub-şərqində yerləşən Varzazat şəhərində keçirilən açılış mərasimə Kral 6-cı Məhəmməd Əl Sadis bin əl Həsən, Mərakeşin Baş naziri Abdulilah Benkiran, İspaniyanın Xarici İşlər Naziri Xose Manuel Garcia-Margallo, bir çox yerli və xarici qonaqlar iştirak edib.

Açılış mərasimində mətbuat nümayəndələrinə açıqlamalar verən Mərakeş Günəş Enerjisi Agentliyinin Baş direktoru Mustafa Said Bəkiri, "Bu stansiya beynəlxalq səviyyədə sahəsində ilk nümunədir. "Nur 1" stansiyası, Nur Enerji Layihəsinin ilk addımı olacaq, bu stansiya xaricində mərhələli olaraq daha dörd stansiya açılacaqdır" deyib.

Mərakeş Günəş Enerjisi Agentliyi tərəfindən edilən açıqlamaya görə, ümumilikdə 652 milyon dollara başa gələn "Nur 1" stansiyası, paytaxt Rabat böyüklüyündə bir sahədə inşa edilib.

Günəşə baxan minlərlə hərəkətli panel, günəş işıqlarını elektrik enerjisinə çevirəcək. 160 megavat gücündəki "Nur 1" günəş enerjisi stansiyası 350 min nəfərin elektrik enerjisi ehtiyacını ödəyəcək.

Solar elektrik enerjisi texnologiyası ilə yaradılan güc stansiyalarından layihə tamamlandıqdan sonra cəmi 580 megavat güc əldə edilməsi gözlənilir.

Enerji istehsalı ilə yanaşı, bu layihələr ilə ölkənin karbon qazı emissiyasının da azaldılması məqsədi güdülür.

Enerji ehtiyacının 94.5%-ini idxal edən Mərakeş, bərpa olunan enerji layihələri ilə 2020-ci ilə qədər enerji ehtiyacının 42%-ini, 2030-ci ilə qədər isə 52%-ini qarşılamağı planlaşdırır.

Bərpa olunan enerji layihələri üçün 9 milyard dollar xərcləməyi planlaşdıran Mərakeşə aralarında Dünya Bankının və Avropa İnvestisiya Bankının da olduğu qurumlar tərəfindən kredit ayrılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar