“Astana heç vaxt Ankaradan imtina etməyəcək”- Kremlə mesaj

"Astana heç vaxt Ankara ilə əməkdaşlıq siyasətindən imtina etməyəcək”.Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türkiyənin baş naziri Əhməd Davutoğlu ilə görüşdə deyib.

Dövlət başçısı türk vektorunun ölkənin siyasəti üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Nazarbayev qeyd edib ki, Qazaxıstan müstəqilliyinin ilk günlərindən qardaş xalqların yaxınlaşması üçün səy göstərir. Onun sözlərinə görə, türk rəhbərliyi ilə sıx iş nəticəsində Qazaxıstan uzun illər ərzində itirilən əlaqələri bərpa etməyi bacarıb.

“Qazaxıstan üçün Türkiyənin qiyməti çox böyükdür. Biz Ankara ilə əməkdaşlıq siyasətindən heç vaxt imtina etməyəcəyik”, - Nazarbayev deyib.

O, həmçinin əlavə edib ki, Türkiyənin ətrafında artan geosiyasi gərginlik Qazaxıstana da təsir göstərir. Nazarbayev Türkiyə və Rusiya arasındakı münasibətlərdə yaranan böhranı “böyük problem” adlandırıb. “Hər iki ölkə bizim əhəmiyyətli müttəfiqimiz və partnyorumuzdur”, - prezidenti vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar