Bakıda kişi “Shacman” markalı yük avtomobilinin altında qalaraq ölüb (FOTO)

Bakıda kişi “Shacman” markalı yük avtomobilinin altında qalaraq ölüb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Xətai rayonunda bir nəfərin “Shacman” markalı yük avtomobilinin altında sıxılmış vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq sıxılmış vəziyyətdə qalmış Seyidəhmədov İbrahim Qələmşah oğlunun cəsədini avtomobilin altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər. ​

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar