Böyük müsəlman alimi Əbdüs Salam

Etibar-E-300x300        Etibar Əliyev

Əbdüs Salam 1926-cı ildə Pakistanda anadan olub. O, 6 yaşında orta məkəbə gedib. Məktəb direktorunun ona verdiyi test tapşırıqlarını çox tez həll etdiyindən, onu birbaşa 4-cü sinfə yazırlar. Onun uşaqlıq yaşlarında oxuduğu əsas kitab "Qurani-Kərim" idi. 12 yaşında attestat imtahanlarını müvəffəqiyyətlə verərək, Pəncab universitetinə daxil olub. Bu, Pakistan məktəbləri üçün yenilik idi.

Salam Laxorda Pəncab kollecini bitirdikdən sonra Kembric universitetinə daxil olur və 3 il sonra magistr diplomu alır. 1952-ci ildə isə “Kvant elektrodinamikası”ndan doktorluq dissertasiyası müdafiə edir. Bir müddət Pakistan Hökumət Kollecində professor vəzifəsində çalışdıqdan sonra, yenidən Kembricə riyaziyyat üzrə lektor vəzifəsinə qayıdır. 1957-ci ildə Londonda İmperial Kollecdə nəzəri fizika kafedrasında professor vəzifəsini tutur. Əbdüs Salam 1963-1993-cü illərdə Triestdə (İtaliya) “Nəzəri Fizikanın Beynəlxalq Mərkəzi”ində direktor vəzifəsində çalışmışdır.

1979-cu ildə Əbdüs Salam, Stiven Vaynberq və Şeldon Qlaşou “Elementar zərrəciklər arasında zəif və elektromaqnit qarşılıqlı təsirinin birləşmiş nəzəriyyəsini yaratdıqlarına görə" fizika üzrə Nobel mükafatına layiq görüldülər.

Nobel mükafatına layiq görülməsi xəbərini eşidən Salam dərhal məscidə getmiş və Allaha dualar etmişdir. O, Nobel nitqini müqəddəs Quranın “əl-Mulk” surəsini oxumaqla başlamış və bu surəni ingilis dilinə tərcümə etmişdir. Bu, Nobel mükafatının təqdimat mərasimində ilk hal idi ki, Qurandan sitatlar gətirilirdi.

O, Londonda işlədiyi dövrdə Pakistanda “Nəzəri fizikanın” inkişafı üçün əlindən gələni əsirgəməmişdir. “Atom Energetikası üzrə Pakistan Komissiyası”nın yaradılmasının müəllifi olmuşdur. Bu komissiyanın sədri doktor İşfak yazırdı: “Doktor Salamın hesabına Pakistandan 500 fizik və riyaziyyatçı Londonda doktorluq dərəcəsini almağa nail olmuşlar ”.

Salam bütün ömrünü inkişaf etmiş ölkələrlə geridə qalmış ölkələr arasında Sülh körpüsünün yaradılmasına həsr etmişdir. Həmçinin yorulmadan Pakistanın elmi platformasının yaradılması üçün əlindən gələni əsirgəmir. Böyük fizik inandırmağa çalışırdı ki, elm intibahın formalaşmasının əsas üsullarından biridir. Bu məqsədlə İslamabad yaxınlığında “Nüvə tədqiqatları mərkəzi”nin (PINSTECH) yaradılmasına nail olmuşdur.

[caption id="attachment_191719" align="alignleft" width="244"] Əbdüs Salam[/caption]

Pakistanda olanda o, doktor Usmanidən onu Hökumət Kollecinə aparmağı xahiş edir. Usmani bildirir ki, tətil vaxtı orada heç kimi tapmaq mümkün olmayacaq. Salamın cavabı belə olur: “Mənim görmək istədiyim adam yəqin ki, orada olacaq”.

Onların maşını kollecin ərazisində fəhlələrə yaxınlaşanda Salam maşından düşür və onların birinə yaxınlaşaraq görüşür. Doktor Usmani təəccüblə onun kim olduğunu soruşur. Salam cavab verir: “Bu Səiddir, yataqxanalara baxırdı, mən imtahanlara hazırlaşanda kimsənin mənə mane olmaması üçün qapını çöldən örtür və mənə yemək və başqa şeyləri pəncərədən verirdi.” O, Kembricdə işləyərkən mütəmadi olaraq müəllimi Canqaya pul göndərirdi.

Doktor Salam 274 təltif, mükafat və təqaüdə layiq görülmüşdü ki, bunların da əksəriyyəti pul mükafatları idi. O, pulunun demək olar ki, hamısını “istedadlı tələbələr üçün yaradılmış fond”lara və kasıblara xərcləyir, Laxordakı universitetlərə cihazlar alırdı.

O, təklif edirdi ki, məscid və mədrəsələrin nəzdindəki məktəblərin proqramlarına təkcə İslam fənlərini deyil, həm də təbiət elmlərini də daxil etməlidirlər.

Əbdüs Salamın indi yazdığım bu hərəkəti qarşısında baş əyməmək olmur: İngilis Kralıçası onu İngiltərənin ən mötəbər rütbəsi sayılan “Cəngavər” rütbəsi ilə təltif etmək istəyəndə, Salam bundan imtina edir və Pakistan vətəndaşı olmasından qürur duyduğunu bildirir.

Müsəlman dünyasında təbiət elmləri sahəsində ilk Nobel mükafatı almış Əbdüs Salamın “İde­al­lar və ger­çək­lik­lər” ki­ta­bı elm adamları üçün olduqca vacib vəsaitdir. Həmin kitabdan sitat: “Orta əs­rlər­də el­min ağır­lıq mər­kə­zi İslam dün­ya­sın­da idi…. Ta­rix sə­hi­fə­lə­ri­ni və­rəq­lə­yib, gö­rə­sən, tə­zə­dən el­mdə li­der­li­yə na­il ola bi­lə­rik­mi?..Gən­clə­ri­miz bu­nu öz­lə­ri­nə məq­səd ki­mi qar­şı­ya qoy­ma­lı­dır­lar”.

Bö­yük fi­zik bu məş­hur əsə­rin­də gös­tə­rir ki, Qu­ra­nın yed­di yüz əl­li ayə­si –təx­mi­nən sək­kiz­də bi­ri –ina­nan­la­rı tə­bi­ə­ti araş­dır­ma­ğa, hə­qi­qət ax­ta­rı­şın­da ağıl­la­rı­nı ən yax­şı şə­kil­də is­ti­fa­də et­mə­yə, bi­lik əl­də et­mə­ni və el­mi dü­şün­cə­ni ic­ti­ma­i hə­ya­tın bir par­ça­sı ha­lı­na gə­tir­mə­yə sövq edir.

“1980-ci il­də Dün­ya Ban­kı tə­rə­fin­dən nəşr olun­muş və təh­sil alan­la­rın əha­li­nin için­də fa­i­zi­ni gös­tə­rən sta­tis­tik gös­tə­ri­ci­lə­rə bax­saq gö­rə­rik ki, İslam öl­kə­lə­ri nə­in­ki in­ki­şaf et­miş, hət­ta in­ki­şaf et­mək­də olan öl­kə­lə­rin or­ta sə­viy­yə­si­nə çat­maq üçün xey­li yol qət et­mə­li­dir. İslam öl­kə­lə­rin­də tə­bi­ət el­mlə­ri və hu­ma­ni­tar elm­lər sa­hə­lə­rin­də təh­sil alan tə­lə­bə­lə­rin sa­yı haq­qın­da də­qiq və eti­bar­lı mən­bə­lər ol­ma­dan qə­ti qə­rar ver­mək çə­tin­dir. Tə­əs­süf ki, mə­nim mü­şa­hi­də­lə­ri­mə gö­rə, hu­ma­ni­tar el­mlə­rə nis­bə­tən tə­bi­ət el­mlə­rin­də və­ziy­yət da­ha acı­na­caq­lı­dır. İnki­şaf et­miş öl­kə­lə­rin nor­ma­la­rı­na əsa­sən, or­ta he­sab­la 1/4 və 1/3 ara­sın­da də­yi­şən say­da tə­bi­ət el­mlə­rin­də təh­sil alan- üs­tə­lik, çox aşa­ğı sə­viy­yə­də- tə­lə­bə­miz var.

Be­lə­cə, çox az say­da mü­səl­man də­qiq el­mlə­ri öy­rə­nir. Bi­zim işi­miz tə­lə­bə­lə­ri­mi­zi mək­təb­də da­ha çox də­qiq və tex­ni­ki el­mlə­ri öy­rən­mə­yə sövq və təş­viq et­mək­dən iba­rət ol­ma­lı­dır. Bu­na na­il ol­maq üçün mək­təb­lər­də də­qiq elmlə­rin təd­ri­si­nə da­ha çox üs­tün­lük ver­mə­li­yik. Yük­sək sə­viy­yə­li mü­əl­lim­lə­rə və key­fiy­yət­li təd­ris lə­va­zi­mat­la­rı­na eh­ti­yac var. Və bəl­kə də, ən əsa­sı gənc tə­lə­bə­lər və şa­gir­dlər ara­sın­da qa­bi­liy­yət­li və is­te­dad­lı olan­la­rın itib-bat­ma­ma­sı üçün on­la­rın təş­viq edil­mə­si va­cib­dir. Sırf mad­di çə­tin­lik­lər üzün­dən be­lə it­ki­lər çox tez-tez baş ve­rir. Ai­lə­lər elmdə kar­ye­ra sa­hi­bi ol­maq üçün uzun il­lə­rin la­zı­mi xər­clə­ri­ni ödə­yə bil­mir­lər.”

Böyük fizik 1996-cı ilin 21 noyabrında vəfat etmişdir. Allah Rəhmət Eləsin.

Yazı tehsilelm.info saytından götrülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar