PKK-çıdan şok etiraf: “Qızlar vasitəsilə döyüşçüləri...”

PKK qızlar vasitəsilə gənc döyüşçüləri dağlara çıxarır.Axar.az xəbər verir ki, bu sözləri PKK-nın adı açıqlanmayan keçmiş döyüşçüsü deyib.

O, HDP-yə üzv olan bələdiyyə işçilərinin PKK-ya aktiv dəstək verdiyini açıqlayıb: “PKK iş adamlarından pul yığır və daxildə xeyli əcnəbi döyüşçü var. Terror təşkilatında serbiyalı snayperlər qulluq edir. PKK rəhbərliyi zərdüşt dininə sitayiş edir. Daxildə namaz qılan olarsa, öldürürlər. Bölgədəki muxtarlar əcnəbilərə saxta sənəd düzəldərək onları da kürd kimi təqdim edirlər. Qruplaşmadan qaçan olarsa, onları ailələrini öldürməklə təhdid edirlər. Gənc döyüşçüləri dağlara çıxarmadan öncə onları narkotik maddə ilə təmin edirlər.

Ölən PKK casusları deşifrə olunmasın deyə çuxurlarda basdırılır. Batman və Siirt bölgələrinin əhalisi xəndək siyasətinə qoşulmadığı üçün PKK onları satqın elan etdi”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar