Bakılı biznesmeni aldatdılar - 150 min dollarını geri ala bilmir

Bakı sakini biznes qurmaq məqsədi ilə tanışlarına verdiyi külli miqdarda pulun geri qaytarılmasını istəyir.Lent.az-ın məlumatına görə, hüquq-mühafizə orqanlarına müraciət edən 1975-ci il təvəllüdlü Babayev Şəmsi Fikrət oğlu bildirib ki, 2007-ci ilin 15 yanvar tarixində Elgiz və Mehdi adlı tanışlarına Rusiya Federasiyasından taxta gətirmək üçün 150 min dollar verib. Lakin həmin şəxslər verdikləri vədə əməl etməyib.

Ş.Babayev pulunun geri qaytarılmasına köməklik göstərilməsini xahiş edib.

Araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar