​Vergilər Nazirliyində növbəti vəzifə bölgüsü

fazil-600Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib. "Report" xəbər verir ki, vergilər naziri Fazil Məmmədovun əmri ilə vergi xidməti müşaviri Elçin Bəylər oğlu Bəylərov Vergi borclarının alınması və ərazi vergi orqanları ilə iş üzrə Baş İdarəsinə yeni rəis təyin edilib.

Vergilər nazirinin digər əmrinə əsasən, Daxili təhlükəsizlik Baş İdarəsi və informasiya texnologiyaları və proqram təminatı şöbəsinə birbaşa olaraq nazir nəzarət edəcək.

Nazir müavini Sahir Məmmədxanov Hüquq Baş İdarəsi, Maliyyə-təsərrüfat İdarəsi, İnsan resursları İdarəsi və mühasibat uçotu şöbəsinə nəzarət edəcək.

Nazirin digər müavini Sahib ƏIəkbərovun nəzarətinə isə Nazirliyin Aparatı, Vergi ödəyicilərinə xidmət Baş İdarəsi və analitik-informasiya şöbəsi verlib.

F.Məmmədovun digər əmri ilə büdcə proqnozlarının icrası üzrə nazirin müşaviri təyin edilən Habil Məmmədov həm də Vergi borclarının alınması və ərazi vergi orqanları ilə iş üzrə Baş İdarəsinin fəaliyyətini kuratorluq edəcək.

Nazirin beynəlxalq münasibətlər və tədris sahələri üzrə müşaviri Ələkbər Məmmədova isə Vergilər Nazirliyi Tədris Mərkəzinin fəaliyyətinin tənzimlənməsi tapşırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar