Yanacağın ucuzlaşması üçün ciddi əsaslar var

İqtisadçı-alim Vüqar Bayramovun yanacağın qiymətinin aşağı salınmasının Ümumi Tarazlıq Modelinə əsasən xərcləri azaltmaqla iqtisadiyyatın müxtəlif sektorlarına müsbət təsir edəcəyi ilə bağlı açıqlamasından sonra Tarif Şurası və SOCAR-ın münasibəti özünü çox gözlətmədi.

Ekspert özü bu barədə fikirlərini bölüşüb: “Hər iki qurum Azərbaycanda benzinin qiymətinin azaldılmasının gündəmdə olmadığını və hətta ölkəmizdə yanacağın ABŞ ilə müqayisədə çox ucuz olduğunu açıqlayıblar.

Əvvəlla, “Premium Euro-95» və AI-98 markalı benzinin qiyməti Birləşmiş Ştatlar ilə müqayisədə bizdə ucuz deyil, əksinə bahadır.

Yerli istehsal olan Aİ92 benzinin qiyməti isə Azərbaycanda ABŞ-a nisbətən heç də çox ucuz deyil. Belə ki, ABŞ-da bütün ştatlar nəzərə alınmaqla bir qallon benzinin orta qiyməti 1.822 dollardır. Bu isə o deməkdir ki, benzinin 1 litrinin qiymət cəmi 48 ABŞ sentidir. Azərbaycanda isə 1 litr daxili istehsal benzinin qiyməti son devalvasiyadan sonra manatla ifadədə dəyişməsə də dollarla ifadəsində 45 sentə düşüb. Deməli, fərq çox yox, sadəcə 3 sentdir”.

V.Bayramov ABŞ vətəndaşı ilə Azərbaycan vətəndaşının xərclərini müqayisə edib: “3800 dollar orta aylıq əmək haqqına malik olan ABŞ-da gündəlk 5 litr benzindən istifadə edən vətəndaşın xərci ümumi gəlirinin cəmi 1.9 faizini təşkil edirsə, bu göstərici bizdə 21 faizə bərabərdir. Yəni, gündəlik benzin sərfi 5 litr olan orta Azərbaycan vətəndaşı öz gəlirinin 1/5-dən çoxunu yanacağa xərcləyir.

Üçüncüsü, benzinin qiyməti ilə neftin dünya bazar qiyməti arasında əlaqənin olduğunu kimsə iddia etmir və əslində, neft özümüzün olduğu üçün qiymətin aşağı salınmasına ehtiyac var.

Dördüncüsü, yanacağın ucuzlaşması büdcəyə bu mənbədən birbaşa daxilolmaları azaltsa da, dolayı gəlirləri artırdığı üçün nəticədə qazanan tərəf elə büdcə özü olacaq. Nəhayət, bəyəm bütün bunlar benzinin ucuzlaşdırılması üçün ciddi əsaslar deyilmi?”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar