Azərbaycana gələnlər müayinədən keçirilir - “Zika” virusuna görə

““Donuz qripi”, “Zika” virusu, o cümlədən digər xəstəliklərin qeydə alındığı ölkələrdən Azərbaycana gələn insanlar sərhəd-keçid məntəqələrində müayinədən keçirilir. Ümumilikdə “donuz qripi”nə qarşı həyata keçirilən qabaqlayıcı tədbirləri “Zika” virusuna da aid edə bilərik”.

Bunu APA-ya açıqlamasında Azərbaycanın baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin epidemiologiya kafedrasının müdiri İbadulla Ağayev deyib. O bildirib ki, “donuz qripi”, “Zika” virusu və digər xəstəliklərin qeydə alındığı ölkələrdən gələn şəxslər müayinə olunduqdan sonra ölkə ərazisinə buraxılır: “Hazırda Səhiyyə Nazirliyi bütün qabaqlayıcı tədbirləri həyata keçirib. Ölkənin bütün sərhəd-keçid məntəqələrində Səhiyyə Nazirliyinin, Dövlət Gömrük Komitəsinin nəzarət postları fəaliyyət göstərir. Respublikanın böyük şəhərlərində, Bakıdakı xəstəxanalarda xüsusi palatalar ayrılıb. Respublika Taun Əleyhinə Stansiyada müasir tələbələrə cavab verən laboratoriya var”.

Baş epidemioloq qeyd edib ki, bu günə qədər Azərbaycanda “donuz qripi” aşkarlanmayıb: “Respublika ərazisindəki bütün tibb müəssisələrinə göstəriş verilib. Əhalini maarifləndirmək məqsədilə tədbirlər həyata keçirilir. Evdə aparılan müalicələrə Səhiyyə Nazirliyi cavabdehlik daşımır. Yaxşı olardı ki, evdə müalicə olunanlar səhiyyə orqanlarına müraciət etsinlər”.

Qeyd edək ki, 2014-cü ilin yanvarından etibarən “Zika” virusuna yoluxma halları 33 ölkədə qeydə alınıb. 2015-ci ildə Şimali və Cənubi Amerikada “Zika” virusuna ilk yoluxma faktları qeydə alınandan sonra, onun coğrafiyası ardıcıl sürətdə genişlənib. 2014-cü ilin yanvarından 2015-ci ilin fevral ayınadək “Zika” virusuna yoluxma halları 33 ölkədə qeydə alınıb. “Zika” virusu ilk dəfə 1947-ci ildə aşkar edilib. Virus “Aedes aegypti” növlü ağcaqanadlar tərəfindən yayılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar