Türkiyədə 60 PKK-çı zərərsizləşdirildi - VİDEO

Cizrə bölgəsində 2015-ci ilin sonundan tətbiq edilən komendant saatı rejimi davam edir.Türkiyənin Cənub-Şərqində təhlükəsizlik qüvvələri ilə PKK silahlıları arasında mübarizə davam edir.

ANS PRESS-in məlumatına görə, Şırnak vilayətinin Cizrə rayonunda keçirilən əməliyyat zamanı 60-a yaxın terrorçu zərərsizləşdirilib.

Hərbçilər PKK-nın qərargahı hesab olunan binaya hücum edərək zirzəmidə gizlənən silahlıları zərərsizləşdirib.

Türkiyə parlamentində yer alan kürdyönümlü Xalqların Demokratik Partiyasının millət vəkillərindən biri isə həmin binada dinc sakinlərin olduğunu, təhlükəsizlik qüvvələrinin yaralı sakinləri öldürdüyünü qeyd edib.

Komendant saatı rejimi Cizrə bölgəsində dekabrın əvvəllərindən bəri tətbiq edilir.

Türkiyənin hazırda bir çox əyalətində terrorçulara qarşı aparılan əməliyyatlar fonunda insanlara küçəyə çıxmaq qadağası qoyulub. Bu əyalətlərə Diyarbəkirin Sur, Şırnağın Cizrə rayonları və sairə aiddir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar