Gürcüstanın baş naziri: "Qazprom" mövzusu bitib"

"Gürcüstanda "Qazprom" şirkəti ilə danışıqlar ətrafındakı siyasi spekulyasiyalara son qoymaq lazımdır".

"Report" "Sputnik-Georgia"ya istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri Georgi Kvirikaşvili deyib.

"Bu məsələ bitib. Çünki heç bir strateji danışıqlardan söhbət getmir. Danışıqlar yalnız sırf texniki xarakterli problemlərin həlli üzrə olub. Məncə, bu barədə siyasi spekulyasiyaları davam etdirməyin heç bir mənası yoxdur", - deyə G.Kvirikaşvili "Rustavi 2" telekanalının efirində bildirib.

Qeyd edək ki, hazırda Gürcüstan təbii qazı əsasən Azərbaycandan idxal edir. Rusiya qazı isə yalnız Ermənistana ixracda tranzit payı olaraq, ümumi ixracın 10%-i həcmindədir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar