İki gün ərzində Azərbaycanda 193 cinayət törədilib, 94 nəfər tutulub

Ötən həftənin son iki günündə Azərbaycanda 193 cinayət faktı qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, daxili işlər orqanları fevralın 6 və 7-də qeydə alınan 193 cinayətdən 57-nin üstünü "isti izlər"lə açıb, 94 nəfər tutulub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 26 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Azərbaycanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar