“Hamımız Müsavat Partiyasından istefa verəcəyik”

Tural-Abbasli“May ayında “Ağ blok”un qurultayı keçiriləcək. Bloku partiyaya çevirəcəyik”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanlığına sabiq namizəd, “Ağ blok”un həmtəsisçisi Tural Abbaslı deyib.

T. Abbaslı bildirib ki, blokun partiyaya çevrilməsi barədə artıq ilkin qərar verilib və qurultayda elan olunacaq: “Bizim əsas məqsədimiz ondan ibarətdir ki, tam qeydiyyatlı siyasi partiya olaraq fəaliyyət göstərək. Buna görə də blokun qurultayından sonra qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etməyi düşünürük”.

T. Abbaslı Müsavatdakı aqibətlərinə də aydınlıq gətirib. O qeyd edib ki, blok üzvlərinin adları Müsavat Partiyası sıralarında olsa da, faktiki, ayrı siyasi qüvvə kimi fəaliyyət göstərirlər: “Biz yalnız kağız üzərində Müsavat üzvü sayılırıq. Qurultay ərəfəsində hamımız Müsavat Partiyasından istefa verəcəyik. Qanunvericilikdə də bir şəxsin iki partiyada təmsil olunması qadağandır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar